

30 ildən çox Azərbaycan xalqı səbr göstərdi. Biz hüququn gücünə inandıq, hüququn ədalətini
gözlədik, danışıqlar prosesinə hazır olduğumuzu nümayiş etdirdik. Çox təəssüf ki, təcavüzkar dövlət
olan Ermənistan bundan sui-istifadə edərək özünün işğalçı siyasətini pərdələdi. Nəhayət, haqq-ədalət
öz yerini tapdı. Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni
işğalçılarına qarşı Zəfər yürüşünə başlayan Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə
ədalət məhkəməsini özü qurdu. 2020-ci il sentyabrın 27 Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin
növbəti hücumuna məruz qalmışdır, 44 günlük müharibədə işğalçı Ermənistanın ordusu bütünlüklə
məhv edildi, düşmən diz çökdü və 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,
25 oktyabrda Qubadlı, 8 noyabrda isə Şuşa şəhəri azad oldu. 10-da Ermənistan dövləti üçün
kapitulyasiya aktı sayılan üç tərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.
2020-ci ilin 10 noyabr gecəsi Prezident İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə
müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli
istiqamətində son nöqtə olacaqdır”.
30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan Zəfər bizi Azərbaycan Respublikasının
torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar
olunduğu o böyük günə çatdırdı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur
xalqı və bütün dünyada böyük nüfuzu var. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş
nazirinin imzaladıqları sənədə əsasən düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-
dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi. Beləliklə, Azərbaycan
hədəfinə çatdı və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin
dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın
haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox
sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını
qürurlandırır, sevindirir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi ilə
ayağa qalxan xalqın qələbə sevinci bitib-tükənmirdi. Ölkənin bütün regionlarında sakinlər küçələrə
çıxaraq, böyük coşqu ilə qeyd edirdilər.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, azərbaycanlı
məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin
etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli
bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində
tədbirlər görülür.
Aris Qarayev,
Sabirabad rayon Hidrometrologiya idarəsinin rəisi