

Sabirabad rayonunda 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Ata vəsiyyəti və inamlı
zəfər” adlı konsert proqramı keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov,
RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,
müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və
təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri
iştirak edib.
Çıxış edənlər tarixi zəfərimizə aparan yoldan, 44 günlük Vətən müharibəsindən,
Qarabağda aparılan quruculuq işlərindən, son uğurlu antiterror əməliyyatlarından geniş
söhbət açıblar.
Rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən
bayram konserti sabirabadlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək izdihamla
müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi
əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara
ərməğan olunub.
Sonda Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Sabirabad Gənclər Evinin,
Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı və Sabirabad
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Çiçəklənən
Xarıbülbül” möhtəşəm flaşmob tədbiri şəhərin mərkəzi meydanında gerçəkləşdi.