

08 noyabr 2023-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev İli” və 8
Noyabr – Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”
mövzusunda konfrans keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB
aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə
əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və
təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri
iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda
şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra konfransda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
Siraqəddin Cabbarov tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə
səmimi ürək sözlərini bölüşüb və iştirakçıları təbrik edib. Əlamətdar günə həsr olunmuş
“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda keçirilən tədbirin,
həmçinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olduğunu bildirib.
İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv
olmaqdan və parçalanmaqdan xilas etdi. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi
sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-
iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit
yarandı. RİH başçısı Ümummilli Lider Heydər Əliyevin Qarabağ həqiqətlərini bütün dünyaya
çatdırmasından, Ermənistan ordusu tərəfindən işğal olunmuş keçmiş Dağlıq Qarabağ və
onun ətrafındakı rayonların işğaldan azad olunması məqsədilə dünyanın müxtəlif təşkilatları
qarşısında qəti tələblər qoymasından, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam
etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq”
əməliyyatının başlanmasından, 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan
əsgərlərinin qəhrəmanlığı, mərdliyi, şücaəti nəticəsində erməni ordusunun darmadağın
edilməsindən və Rəşadətli Ordumuzun tətbiq etdiyi döyüş strategiyasının müasir hərb
tarixinə qızıl həriflərlə yazılmasından bəhs etmişdir.
Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, dövlətçilik salnaməmizdə silinməz izlər
qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan
Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Vurğulanıb ki, Müzəffər
Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev
uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı
dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji
mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi,
iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib.
Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud
olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya
birliyi tərəfindən qəbul olunur.