

Ali Baş Komandan, Prezident İlham Əliyev Prezident seçildiyi ötən 17 il ərzində millətimiz
üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının
aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: “Azərbaycan heç vaxt
öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin
yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli
yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün ərzində döyüş meydanında Qələbəyə doğru
inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşməni darmadağın etdi. Rəşadətli ordumuzun iradəsi
və əzmi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda
Qubadlı, 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən
dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün
xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.
Ali Baş Komandan, Prezident İlham Əliyev həm döyüş meydanında, həm də siyasi meydanda
bir daha sübut etdi ki, haqq-ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağ Azərbaycandır!
Reallığını 44 gündə – mümkünsüzü mümkün etdik!
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar
birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və
hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün
qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Böyük Zəfər Günü – gələcək daha böyük qələbələrin bələdçisi və təminatçısıdır. Ali Baş
Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü
ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir.
Şanlı Zəfərimizin 3-cü ilində – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal
Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı
digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən oktyabrın 15-də Azərbaycan bayrağının Xankəndində,
həmçinin Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su
anbarının ərazisində asılması və Azərbaycan Respublikası torpaqlar üzərində suverenliyini təmin edən
bu böyük qələbənin son mərhələsidir.
Bu qələbə yalnız cırtdan Ermənistan üzərində deyil, bu ölkəni hər tərəfdən var gücü ilə sıxan
bir neçə qanlı imperiyanın üzərində qazanılan böyük qələbədir.
Bu qələbə daimi parça parça hissəciklərə parçalanmağa meylli olan bütün qüvvələrin, böyük
Türk xalqlarının bir güc ətrafında birləşməsi, bütün millətin və xalqların bir lider ətrafında
konsolidasiyası və birgə mübarizəsi ilə qazanılan qələbədir.
İkinci Vətən Müharibəsində Azərbaycan xalqının Şanlı Qələbəsi Azərbaycanın son 2000 illik
tarixinin ən möhtəşəm hadisəsidir. Bu gün işğaldan azad edilən ərazilərdə güniş miqyaslıquruculuq
işləri həyata keçirilir. Artıq keçmış məcburi köçkünlərin doğma yurdlarına qayıdışına başlanılıb.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə
cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin
sürətlə aparılması da bunu deməyə əsas verir.
Şükufə Əsgərova,
Sabirabad şəhər sakini, “əməkdar mədəniyyət işcisi”, təqaüdçü