

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİHB aparatının
məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə
əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə
və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin
nümayəndələri tərəfindən 8 noyabr - Zəfər Günü münasibətilə təşkil olunan
silsilə tədbirlər çərçivəsində respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-
Horadiz maqistral avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən
hissəsinin yol kənarında, Sabirabad şəhərinin park və xiyabanlarında,
şəhidlərin xatirəsinə ucaldılmış kompleks və bulaqların ətrafında ağacəkmə
aksiyası keçirilib.
Keçirilən ağacəkmə aksiyası çərçivəsində Sabirabad Rayon İcra
Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və aksiya iştirakçıları tərəfindən
10000 ədəd ölkəmizin iqlim şəraitinə uyğun dekorativ və meyvə ağacları
əkilmiş və ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Qeyd edək ki, əkilən ağacların 3000 ədədi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən verilmiş, 7000 ədədi isə rayonun daxili hesabına alınmışdır
ki, onlardan da 1000 ədədi meyvə ağaclarıdır.