isaznow.com
Az Iw En Ru

Türk Dövlətləri Təşkilatının xüsusən son illərdəki fəaliyyəti bunun üzv dövlətlər üçün ən səmərəli platforma olduğunu təsdiqləyir

Ulu Öndər Heydər Əliyev dövlətimizin xarici siyasi strategiyasını formalaşdırarkən Türk
dövlətləri ilə əlaqələri prioritet hesab edib və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm
töhfələr verib. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər Türk
dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol
oynayıb. Demək olar ki, Ümummilli Liderimizin bu sözləri bütün Türk dünyasının dilinin əzbəridir.
Azərbaycan Türk Dövlətləri Təşkilatını yaradan ölkələrdən biri kimi daim bu birliyinin güclənməsinə
çalışıb. Artıq əminliklə deyə bilərik ki, təşkilat beynəlxalq siyasətin tamhüquqlu mühüm tərəfinə və
regional güc mərkəzinə çevrilib, dünyada sülh və sabitliyə böyük dəstək verir.
Mühüm coğrafi məkanda yerləşən qardaş Türk ölkələrinin iqtisadi imkanları çox genişdir,
zəngin enerji resurslarına sahibdirlər: “Eləcə də vacib nəqliyyat yollarına malikdirlər. Bu, onu göstərir
ki, Türk dövlətlərinin birliyi həm də dünya iqtisadiyyatı üçün xeyli önəmlidir. Odur ki, bu
üstünlükləri dəyərləndirərək səyləri birləşdirmək, həmrəyliyi möhkəmləndirmək qardaş ölkələrin
ancaq güclənməsinə səbəb olub. Türk Dövlətləri Təşkilatının xüsusən son illərdəki fəaliyyəti bunun
üzv dövlətlər üçün ən səmərəli platforma olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, yaxın
coğrafiyalarda baş verən gözlənilməz hadisələrin, yaşanan gərginliklərin fonunda ortaya çıxan
böhranlardan yalnız birlikdə xilas olmaq mümkündü
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-
cu yubiley Zirvə görüşünü ölkələrimiz arasında əməkdaşlığın güclənməsi, təşkilatın möhkəmlənməsi
baxımından faydalı hesab edirəm. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
dövlətimizin başçısı cənab İlham Əliyevi və xalqımızı ölkəmizin ərazi bütövlüyünün bərpası
münasibətilə təbrik etdi. Qələbəni ədalətin zəfər, Qarabağı isə Azərbaycanın ayrılmaz hissəsi
olduğunu bildirdi. Bu, sarsılmaz qardaş dəstəyinin təzahürü, həmrəyliyin göstəricisidir. Həmçinin
gördük ki, dost və qardaş Özbəkistanın Prezidenti cənab Şavkat Mirziyoyev çıxışında Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan bəhs etdi, Türk dünyasında yerini və
rolunu vurğuladı. Həqiqətən də, Azərbaycan bütün sahələrdə davamlı və dayanıqlı inkişaf yolu tutaraq
əhəmiyyətli ölkələr sırasındadır və sahib olduğu potensialdan dövlətimizin və xalqımızın mənafeyi
naminə səmərəli şəkildə istifadə edir. Həm də region ölkələrinin iqtisadi inkişafında mühüm rola
malikdir, bu istiqamətdə bir sıra vacib layihələr reallaşdırıb, təşəbbüslərlə çıxış edib.
Türk dövlətlərinin həmkarlar ittifaqları arasında yaranan birliyə toxunub və bunun
əhəmiyyətindən söz açıb: “Biz bu ilin iyul ayında Şuşa şəhərində görüşdük. Türk Dövlətlərinin
Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında razılığa gəldik və bu barədə müqavilə
imzaladıq. Sentyabrın 22-də isə Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar
İttifaqları Təşkilatı təsis edildi. İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətlər Həmkarlar
İttifaqları Təşkilatının da fəaliyyəti faydalı olacaq, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da
yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


08:30 06.11.2023