

Məlum olduğu kimi, Azərbaycanda təhsil müəssisələri başda olmaqla bir-çox dövlət müəssisələri və keçirilən yerli və beynəlxalq tədbirlərin təhlükəsilziyi özəl mühafizə şirkətləri tərəfindən təşkil olunur.
Azərbaycanda özəl mühafizə şirkətlərinin fəaliyyəti qanunla tənzimlənir. Mühaizə şirkəti açmaq istəyənlər Daxili İşlər Nazirliyindən lisenziya (icazə) almalıdır.
Hazırda Azərbaycanda mühafizə xidməti göstərən 100-lərlə şirkət var. Adətən böyük şirkətlər, holdinqlər öz ofislərini, əmlaklarını mühafizə etmək üçün mühafizə şirkətlər yaradırlar.
Lakin, bütün ölkə ərazisində fəaliyyət göstərən özəl mühafizə şirkətlərinin sayı azadır.
Onu da bildirək ki, Azərbaycanda mühafizə şirkətlərinin əksəriyyətinə keçmişdə polis və milli təhlükəsizlik sistemində işləyən şəxslər rəhbərlik edir.
Həmin şirkətlərdən bəzilərini aşağıdakılardı:
“Gesco” mühafizə şirkəti – 2005-ci ildən fəaliyyət göstərir. Əsasən təhsil müəsssisələrinin mühafizəsi ilə məşğuldur. Bakıdakı əksər universitetlərin mühafizəsini bu şirkət təşkil edir. Eyni zamanda beynəlxaq idman yarışlarında mühafizə xidmətini “Cesco” yerinə yetirir. 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında “Cesco” mühafizə xidmətini yerinə yetirib. Beynəlxaql futbol oyunlarını (Çempionlar liqası, Avropa Liqası və s.) da bu şirkət mühafizə edir.
Şirkətin sahibi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin oğlu İlham Nağıyevdir.
“Riyad” mühafizə şirkəti – Bu şirkət də Azərbaycanın ən böyük mühafizə şirkətlərindən biridir. Şirkət əsasən rayonlarda fəaliyyət göstərir və orta məktəblərin, peşə məktəblərinin mühafizəsi ilə məşğuldur.
“Alov-Mühafiuzə” və “Vətən-N” adlı mühafizə şirkətləri də “Riyad” mühafizə şirkətinə bağlıdır.
Şirkətin sahibi Prezident İlham Əliyevin əmisinin oğlu İlqar Əliyevdir. “Riyad” adı da İlqar Əliyevin oğlunun adıdır.
“A+A Security” mühafizə şirkəti - Azərbaycanda daha çox elektron təhlükəsizlik sistemləri ilə iş görür. Dövlət qurumlarının, özəl şirkətlərin mühafizəsini elektron vasitələr ilə (kamera, GPS izləmə və s.) təşkil edir. Şirkət “A+A şirkətlər qrupuna daxildir. Şirkətlər qrupu Azərbaycanda əsasən tikinti işləri ilə məşğul olur.
“Qartal SS” mühafizə şirkəti - 2008-ci ildən fəaliyyət göstərən böyük şirkətlərdən biridir. Şirkətin direktoru Elxan Əliyev 1982-2002-ci illərdə Daxili İşlər Nazirliyində çalışıb. Bakının Yasamal və Nərimanov rayonlarında Baş Mühafizə İdarəsində rəis olub.
“Betta” mühafizə şirkəti - 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru Emil Sadıqov 1998-2007-ci illərdə Daxili İşlər Nazirliyində işləyib. 2005-2007-ci illərdə Daxili İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində Protokol Xidmətinin rəisi olub. Rütbəsi polis mayorudur.
“Titan D” mühafizə şirkəti - 2003-cü ildən fəaliyyət göstərir. Şirkətin sahibi Cəmil Çaparlı Azərbaycan Prezidentinin Protokol xidmətinin keçmiş rəisi (17 oktyabr 2022-ci ildə vəzifəsindən azad edilib) Elçin Tələt oğlu Bağırovun bacısının əridir. Cəmil Çaparlı əvvəllər Milli Təhlükəsizlik Nazirliyində işləyib.
“İnam” mühafizə şirkəti – 2014-cü ildən fəaliyyət göstərir. Şirkətin sahibi olan Ələkbər Abbaslı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində işləyib.