isaznow.com
Az Iw En Ru

Komitə sabiq deputatın oğluna yarım milyonluq sifariş verdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər rayonunun Qılınclı və Nadirxanlı kəndlərinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini “Qala Group” MMC (VÖEN – 1601355741) şirkətinə həvalə edib. 
Qeyd olunan işlər açıq tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma üsuli ilə “Qala Group” MMC-yə verilib.
Komitə görüləcək işlər üçün MMC-yə 437 min 700 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Qala Group” MMC2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 110 manat olan MMC-nin təsisçisi Orxan Mustafayevdir.
Orxan Mustafayev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevlə IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğludur.


12:35 04.11.2023