isaznow.com
Az Iw En Ru

Ümummilli Liderin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq effektiv siyasət

Əsrə bərabər 20 illik fəaliyyəti dövründə Ümummilli Liderin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq
qalan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin
etməklə yanaşı, Azərbaycanı irimiqyaslı qlobal layihələrin mərkəzi, Cənubi Qafqazın lider dövləti kimi tanıtdı.
Ölkəmizin iqtisadi qüdrətini gündən-günə artıran dövlətimizin başçısı uğurlu fəaliyyəti ilə Azərbaycanı ən
etibarlı, güvənli tərəfdaş kimi beynəlxalq iqtisadi layihələrin vacib elementinə çevirdi. Prezident İlham
Əliyevin müstəqil siyasi, iqtisadi qərarları və ən əsası, şəffaflıq amili respublikamıza rəğbəti artıraraq yeni
əməkdaşlıq platformalarının yaranması ilə nəticələndi. Bununla da Azərbaycan enerji ehtiyatlarından səmərəli
istifadə etməklə beynəlxalq miqyasda faydalı əməkdaşlıqla Avropanın enerji siyasətini müəyyənləşdirən
nüfuzlu ölkə imicini qazandı. Bu fəaliyyətin fonunda Azərbaycan təkcə Avropa üçün deyil, digər qitələrdəki
ölkələr üçün də son dərəcə cəlbedici məkan rolunu oynadı. 
Hələ Ulu Öndər Heydər Əliyevin zamanında reallaşan “Əsrin müqaviləsi” ölkənin gələcək iqtisadi
yüksəlişinin təməl prinsiplərini yaratdı. Xalqımızın əziz övladı Heydər Əliyev həmin müqavilənin XXI əsrdə
Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqilliyimizin daha da möhkəmlənməsi üçün gözəl imkanlar
yaradacağının anonsunu verməklə uzaqgörənliyini bir daha təsdiqlədi və respublikamızın inkişaf
konsepsiyasını yaradaraq ümumxalq sevgisi qazandı.
Beynəlxalq layihələrin davamı olaraq Oktyabrın 26-da Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevin iştirakı ilə 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışını göstərmək
olar.Qeyd edək ki, bu layihə  2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə
qoşulma ilə bağlı müqavilələr imzalanmışdır. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də
“Gülüstan” sarayında olmuşdur.
Prezident İlham Əliyev 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışı zamanı
çıxışında bunları  bildimişdir:
- Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik
stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici
investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.Stansiyada hər il 500
milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət
ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə
edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330
kilovoltluq yarımstansiya tikilib.
Ölkəmizin başçısı öz çıxışında onu da qeyd etdi ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş
və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş
Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq
170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270
meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə
keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq
yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır
ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən
problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.
Ölkəmizin uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli və multikultural dəyərlər qarşıdakı illərdə
Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu
ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat
standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının
inkişaf etdirilməsi yolunu seçmişdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi
iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından
faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin,
sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin
inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının
müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


10:50 31.10.2023