

Oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda 230 MVt gücündə Qaradağ Günəş
Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Reallığa çevrilən hər bir layihə keçilən yolun təhlilini bir
zərurətə çevirir. Bu gün böyük əminliklə Azərbaycanın yalnız neft deyil, təbii qaz, elektrik enerjisi ixracatçısı
kimi artan rolundan geniş bəhs edirik. Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə
cavablandırmaq üçün böyük potensiala malik olması tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin
daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə,
ilyarım ərzində açılış mərasimin keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Bu Stansiya Azərbaycan və
Birləşmiş Ərəb Əmirlikləri arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm
mərhələdir. Bu, 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək və karbon dioksid emissiyalarını ildə 200
min ton azaldacaq layihədir.
Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin
möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında
neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Neft gəlirlərindən
səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Məhz yaradılan
möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-
neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları
bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Sözügedən açılış mərasimində də qeyd olunduğu
kimi, Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə
enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirildi. Bu qərar, eyni
zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji
addım kimi xarakterizə edildi.
Hər bir layihə növbəti layihələrin başlanğıcıdırş Sözügedən tədbir çərçivəsində imzalanan üç
investisiya sazişi də bunu bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi,
bütün planlarımız həyata keçəcək. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə açılışı yaxşı nümunə
və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə Azərbaycanla işləmək üçün yaxşı siqnal olacaq.
Milli neft şirkətlərimiz ADNOC və SOCAR artıq rəsmi olaraq tərəfdaşdır. Birləşmiş Ərəb Əmirliklərində və
digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz
arasında əməkdaşlıq yeni mərhələyə yüksəlir. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir.
Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və
nüfuz qazanır. Təbii ki, bu, düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi strategiyasını
dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlaması davamlı uğurlarına geniş yol açır.
Azərbaycan bərpa olunan enerji potensialına malik ölkədir. Bu sahəyə investisiyaların cəlb edilməsi
hazırkı dövrün əsas çağırışları sırasındadır. Bir mühüm məqamı da qeyd edək ki, işğaldan azad edilmiş
ərazilərimiz zəngin bərpa olunan enerji resurslarına malikdir. Bu torpaqlarda bərpa-quruculuq işlərinin tezliklə
başa çatması fonunda böyük investisiyalar məkanına çevriləcəkləri qaçılmazdır. O da məlumdur ki, Qarabağ,
Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan edilib. Azərbaycanın tərəfdaşları, həmçinin bu və ya digər
ölkənin şirkətləri ilə genişlənən əlaqələri bu sahədə də öz sözünü deyəcək. Hazırda iqtisadi hədəfimiz qazıntı
yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Bu reallıq da
aydındır ki, neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı
neft və qaz kəmərləri sistemi istismara verilib. Hazırda Azərbaycan neft və qazı müxtəlif istiqamətlərə ixrac
edir.
Açılış mərasimində son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yönəldildiyini qeyd edən millət vəkili
bildirib ki, bu dövrdə ümumi daxili məhsulun dörd dəfədən çox artması, yoxsulluq səviyyəsinin 50 faizdən 5,5
faizə endirilməsi yüksək göstəricidir. Bu onu deməyə əsas verir ki, neft və qaz ixracından daxil olan gəlirlərin
ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Dövlət başçısı İlham Əliyev bu hədəfi açıqladı ki, növbəti
illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra
etməyi planlaşdırırıq.
Rəfail Yunusov,
Sabirabad RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi-
mühəndisi