

Hər zaman olduğu kimi bu məqalənin başlanğıcında SİZlərə məqalədə yazacağım hadisənin gedişatında lazım olacaq TARİXİ ARAYIŞı verim:
QƏZZA ZOLAĞI - Fələstin muxtariyyatının ərazisi olmaqla Aralıq dəniz sahilində 1949-cu ildən Misir və İsrail ilə sərhəddə mövcud olan 360 kv. km. (təqribən eni 12-6 km × uzunluğu 40 km.olan zolaq).
2023-cü il məlumatına əsasən 2.226.544.nəfər əhalisi var.Bu Zolaq 2007-ci ildən "HƏMAS"-n rəhbərliyi altındadır.
Bildiyiniz kimi 07 oktyabır 2023-cü ildən Yaxın Şərqdə Qəzza-İsrayil münaqişəsi əslində isə Müsəlman-Ərəb dünyası ilə İsrail arasında 1948-ci ildən bəri - 75 ildən çox davam edən mübarizənin növbəti mərhələsi başlayıb. Bu toqquşmaya "HƏMAS" təşkilatı "ƏL -ƏQSA FIRTINASI" əməliyyatı adın verib. Hadisələrin başlaması "HƏMAS"-ın nəzarətində olan Qəzza zolağından İsrail ərazilərinə ən azı 5 min raket atılması və 2,5-3 min nəfər "HƏMAS" yaraqlıları Qəzza zolağı sərhəddini pozaraq hücum etmələr ilə oldu. Bu hücumun ilk gunlərində 1400 nəfər israilli və müsuqi festivalı iştirakçılarından 240 nəfər öldürüldü. Belə ki, bu günə kimi davam edən qarşıdurmada Fələstin tərəfində iştirak edən "HƏMAS" təşkilatı ilə birgə "FİCT" , "FADC" , "Hizbullah" birlikdə İsrail ordusuna və polisinə qarşı mübarizə aparırlar.Yeri gəlmişkən İsrail dövləti özlərinin cavab olaraq əks hücum əməliyyatlarını "DƏMİR QILINC" əməliyyatının adını veriblər.....
Maraqlısı odur ki, Dünyada hər bir baş verən siyasi və hərbi proseslərin cərəyan etmə vaxtını, sərhədlərini, planlarını tam dəqiqliklə bilən İsrail Kəşfiyyat Orqanları və Təhlukəsizlik Təşkilatları "HƏMAS"-n planlarından guya xəbərsiz olublar! Bilirsiz də əsası 13 dekabr 1949-cu ildən David Ben-Qurion tərəfindən qoyulmuş "Mossad" Dünyanın ən nüfuzlu 5 Kəşfiyyat İdarələrindən biridir və ya birincidir desəm yanılmaram. Ümumiyyətlə Dünyada İsrail Kəşfiyyatı ən profesional hesab edilir. Bəs necə olur ki,2007-ci ildən təcrid vəziyyətində olan "HƏMAS" guya səssiz-xəbərsiz İsrail sərhədlərini keçir, hələ üstəlik minlərlə israillini məhv edir? Bəlkə "Çuvalda pişik var?!" məsələsibir.... Yadınızda varmı Rusiya FSB-nin ssenarisi əsasında Siyasi savadı olmayan, ətrafda və dünya siyasi müstəvisində baş verənlərə "KorGüc" çərçivəsində baxmaq qabliyyətli Şamil Basayev və Hətabın dəstələri 7 avqust - 14 sentyabr 1999-cu ildə guya Dağıstana hücum etdilər nəticədə ll Çeçen-Rusiya müharibəsi başladı və İçkeriya(Çeçenistan) dağıldı yenidən Moskvaya tabe edildi?!..
Sizə tanış gəlmir bu ssenari? Axı "HƏMAS" nə olan "ŞEY"dir ki, onun edəcəklərindən İsrail Kəşfiyyat idarələrinin xəbəri olmasın?!..
Qeyd edirəm ki,mən yalnız öz məntiqi düşüncəmin nəticəsini yazıram, mənim şəxsi fikirlərimdir və bu mövqedə heç kimin olub olmaması xətrinə yazmıram.
Mənim fikirimcə çox məharətlə və uzaqgörənliklə hazırlanmış ssenari əsasında Qəzza zolağını müharibənin mütləq qalibi olacağına şübhə edilməyən İsrail "HƏMAS" silahlılarından və bu silahlıların "ruhlandırıcıları" olan fələstin əhalisindən tamamilə təmizləyib Qəzzə probleminə birdəfəlik İlham Əliyevin "NİDA"sından qoyaraq, bu zolağı qalib dövlət İsrailin sərhədləri çərçivəsinə daxil edəcəkdir.....
İndi keçək bu qarşıdurmada Dünya ölkələrinin tutduğu siyasi mövqelərə ;
Hər dəfə olduğu kimi ABŞ birmənalı şəkildə yenə İsrail dövlətini TAM DƏSTƏKLƏYİR. İngiltərə, AB ölkələri, Çin və digər "öz yerlərini" və "siyasi-hərbi" çəkilərini" Dünya Siyasi Müstəvisində dəqiq bilən ölkələr EHTİYATLI MÖVQE tuturlar. Rusiya Qərblə və ABŞ ilə olan gərgin siyasi münasibətləri çərçivəsində GUYA ƏRƏB - MÜSƏLMAN tərəfindədirlər. İran dövləti də baş verənlərin Fələstin və ya "HƏMAS" üçün deyil məhz İranın öz varlığının təhlükəsinə çevrilə bilməsi ehtimalını dəqiq bilərək guya NETİTAL MÖVQE tutur. Ərəb-müsəlman birliyi dövlətləri İsraillə son illərdə qurduqları siyasi
"əlaqələr xətrinə" hələki çoxda atılıb-düşmürlər. Türkiyə isə sanki Dünya Siyasi Müstəvisində öz "siyasi-hərbi çəkisinin" yetərli olmasını, Qərb və Rusiya arasındakı "iqtisadi körpü rolu" olmasını qabardaraq İsrailə və DYL -nə guya XOX GƏLİR !.... Dünya Siyasi Müstəvisində HEÇ BİR ÇƏKİSİ OLMAYAN kiçik dövlətlərin bir hissəsi İsrailə və ABŞ "girirmək" mövqyi, digər hissəsi isə Rusiya və Çinə "girmə" mövqeyi ilə məşquldular....
BƏS AZƏRBAYCAN???!!!
AZƏRBAYCAN Dövləti və prezidenti hər zaman olduğu kimi Bu Müqaişədədə BALANSLI NEYTİRAL XARİCİ SİYASƏTLƏ seçilir.
Baxmayaraq ki, "Böyük qardaş" Rusiya, "Müsəlman qarşı" İran, "Bir millət" Türkiyə öz siyasi mövqelərin bildirirlər. Ancaq Azərbaycan heç bir "qardaşın" mövqeyini dəstəkləmir və əksinə özünün mövqeyi ilə "qardaşlar"ına DOSTLUĞUN NƏ DEMƏK OLDUĞU SİYASİ DƏRSİN VERİR.
Bəli məhz budur Azərbaycanın ortaya qoyduğu SİYASİ MÖVQE.
İsrail dövləti, Dünya Yahudi Lobbisi və Yahudi Xalqı Azərbaycan Dövlətinin və AZƏRBAYCANLI adının məhsuliyyətini və mənasını dərk edən İNSANLARIMIZın ƏBƏDİ SEÇDİKLƏRİ ƏN TƏMMƏNNASIZ və ETİBARLI DOSTUDUR və bu QƏRARIN sonunda birdəfəlik İLHAM ƏLİYEVİN QOYDUĞU "NİDA" İŞARƏMİZ qoyulub.....
Bu MÖVQE Dövlətimizin Mövqeyi bəs Azərbaycan Xalqının ümumi mövqeyi necədir?!.....
Belə ki, İsrail - Fələstin qarşıdurmasında Azərbaycan cəmiyyəti ən azından sosial şəbəkələrdə iki quruppa bölünüblər.
Birincilər Azərbaycan Dövlətinin
"Azərbaycanın Düşmənlərinin Düşməni bizim dostumuzdur!" anlamı əsaslılar
İkincilər isə "Qardaş fitinə" qaçanlardirlar.
Fikrimcə əslində isə yalnız bir mövqe olmalıdır DÖVLƏTİN SİYASİ-MİLLİ MARAQLARINA CAVAB VERƏN AZƏRBAYCANLI MÖVQEYİ!.
Bəli belə məsələlərdə "Çayxana" və "Divan" ekspertlərinin hay-küyülü yox Dövlətin milli maraqlarına cavab verən bu mövqe HƏTDA DÜZ OLMASA belə Dövlətin SİYASİ-MİLLİ MÖVQEyi ətrafında ümumi birlik nümayiş etdirərək DOSTlara öz Sədaqətimizi, Etibarımızı sübut etməliyik! Unutmaq olmaz ki, bu günün sabahı da var!
ALLAHa şükürlər olsun ki, 30 ildən çox davam edən Qarabağ müharibəsinə 15 oktyabır 2023-cü ildə XANKƏNDİNDƏ İLHAM ƏLİYEV BAYRAĞIMIZI UCALTMAQLA özünün məhşur NİDA İŞARƏSİNİ qoydu. Ancaq həyat davam edir Azərbaycanin müstəqilliyinə və torpaqlarına göz dikmis düşmənlərimiz dörd tərəfimizdə olmaqdadırlar...bunu unutmaq isə yenidən faciyələrlə qarşılaşmaq deməkdir.Qarabağ münaqişəsində Azərbaycanın haqq işini daima dəstəkləyən İsrail dövlətini bu gün DƏSDƏKSİZ QOYMAGA nə Azərbaycan Dövlətinin ,nədə ki, Azərbaycan Xalqının İXTİYARI YOXDUR.
BU DƏSTƏK BİZİM BORCUMUZDUR və Azərbaycan brendi olan "NİDA" işarəsi qoymaq şərti ilə!!!
İbrahim Həsənov -(İBO)-