isaznow.com
Az Iw En Ru

Parkinq üçün sökülən piyada səkisi bərpa olundu

Nizami rayonu Babək pr. 109 ünvanında 2 mərtəbəli qeyri-yaşayış obyektinin qarşısındakı piyada səkisinin layihədən kənar tikinti işləri nəticəsində dağıdılmış hissəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında bərpa olunub.

Qurumdan  verilən məlumata görə, hazırda səkinin bardür hissəsində işlər yekunlaşdırılıb, asvalt döşəmə vurulacaq.

Qeyd edək ki, ötən gün Nizami Rayon İcra Hakimiyyətindən sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq icazəverici sənədləri əsasında inşa edildiyini bildirilmişdi:

“Tikilinin aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq binanın qarşısında piyadaların hərəkəti üçün səkinin və avtomobillər üçün parklanma yerinin quraşdırılması işləri aparılır”.


19:33 26.10.2023