isaznow.com
Az Iw En Ru

"Relax Lerik" MMC vergi problemi ilə məhkəmə qarşısında - Bu dəfə kimi döyəcəklər...MƏHKƏMƏNİ?

Yaxınları vergi işçilərini döyən deputatın şirkəti yenə də vergi problemi yaşayır
"Relax Lerik" MMC məhkəməyə verilib.

Kanal24-un  Pravda.az-a istinadən xəbərinə görə, MMC ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsi edib.

Mahiyyəti vergi məsələləri üzrə mübahisələr olan iş hakim Şahəli Musayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd: MMC eyni adlı istirahət mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin deputat İqbal Məmmədovun yaxınlarına məxsus olduğu bildirilir.

DİA.AZ xatırladır ki, deputat İqbal Məmmədov 2019-cu ildə Lerik rayonunda yerləşən ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürməsi ilə də diqqətə gəlmişdi. O zaman yerli KİV-də yayılan xəbərdə bildirilirdi ki, yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polislər içəri buraxılmayıb və vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq edilib.


18:09 20.10.2023