isaznow.com
Az Iw En Ru

Zəngilanda aparılan quruculuq işləri geniş vüsət alıb

1993-cü ilin 30 oktyabrında Zəngilan şəhəri ermənilər tərəfindən işğal edildi. 30 ilə
yaxın işğal dövründə digər rayonlarımızda olduğu kimi Zəngilan şəhəri də düşmən
tərəfindən darmadağın edilmiş, burada yerləşən tarixi və dini abidələrimiz xüsusi
qəddarlıqla məhv edilmişdir.
Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi
730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun
əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri-Məmmədbəyli türbəsi, XIV əsrə
aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan
və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və
sadalamaqla qurtarmayan tarixi əsərlərlə zəngin olmuşdur. Onlardan ən böyüyü «Şəhri
Şərifan» adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. Erməni barbarlığı nəticəsində
bu möhtəşəm abidələr dağıdılmış və şəhər xarabalığa çevrilmişdir.
Zəngilan 2020-ci ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra dekabrın 23-
də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad
olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində
Azərbaycan bayrağını qaldırdı. Dövlət başçımızın tapşırığı ilə burada yenidənqurma və
bərpa işləri aparılır.
Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən
qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək. Belə ki, “Ağıllı kənd” pilot
layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Artıq 2022-ci ilin may
ayında burada inşa edilən 200 fərdi evə ilk sakinlər köçürülüb və bu il daha 150 ev tikilib.
Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə
cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə
Sərəncamına əsasən 20 oktyabr  Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır. Bu il
isə ilk dəfə Zəngilan şəhər günü qeyd edilir.
Həmçinin ərazidə böyük logistika layihələri də icra olunmaqdadır. Horadiz-
Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin
daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən
biridə uğunluğu 124 kilometr olacaq 6 zolaqdan ibarət Zəngilan-Horadiz avtomobil
yoludur.
Sözsüz ki, burada icra olunan ən böyük layihə Zəngilan hava limanıdır. Zəngilan
Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib.
Zəngilan Hava Limanı eyni zamanda Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur
və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük,
möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcəkdir.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri


19:01 20.10.2023