isaznow.com
Az Iw En Ru

Zəngilan şəhəri günü təkcə zəngilanlılar üçün deyil, hamımız üçün qürurlu bir gündür...

Azərbaycanın hərb tarixində də, dövlətçilik tarixində də 2020-ci ilin 10 noyabrı
müstəsna qürurla həmişə xatırlanacaq. Bu tarix bəşəri niyyətlərin təntənəsinin tarixidir.
Tarixi Zəfər həm də ayrı-ayrı rayonların işğaldan azad edilməsini də tarixləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bu
rayonlara ad edilən günlər müəyyənləşdirilib. Oktyabrın 20-si Zəngilan şəhəri günüdür.
Zəngilan Erməmistanın ən son işğal etdiyi rayonumuz idi.
Zəngilan mühasirədəydi, zəngilanlılar, Zəngilan alayı, Zəngilan polisi
döyüşürdü. Ancaq Bakıdan kömək gəlmədiyinə görə düşmənin hücumunun qarşısını
əhali Araz çayını keçənə kimi saxlamaq mümkün oldu.
Düşmən Zəngilanda da tarixi abidələri dağıtdı, dünyəvi şöhrətə malik meşələrini
məhv etdi. Ancaq zəngilanlıların Vətən məhəbbətini titrədə bilmədi.
İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad edildi. Zəngilan
oktyabrın 20-sində azad edildi. Həmin gün tarixin adi günü olsa da tarixi gün oldu.
İndi işğaldan azad edilmiş digər rayonlar kimi Zəngilanda da quruculuq işləri
davam edir. Zəngilan yenidən qurulur. Zəngilana Böyük Qayıdış başlayır...
Zənglan şəhəri günü dövlətçilik tariximizdə həm də vətənsevərliyin əlaməti kimi
yaşadılacaq.
Zəngilan şəhəri günü təkcə zəngilanlılar üçün deyil, hamımız üçün qürurlu bir
gündür...
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


14:57 20.10.2023