

23 avqust 1993-cü il tarixində Erməni silahlalı qüvvələri tərəfindən işğal olunan Füzuli
rayonu, bir çox ətraf kənd və qəsəbələrinin bir hissəsi 5 yanvar 1994 cü ildə Ümummilli Lider Heydər
Əliyevin əmri ilə başlamış hərbi əməliyyatlar zamanı azad olunsa da, rayon mərkəzi də daxil olmaqla
rayon ərazisinin böyük bir hissəsi artıq 27 il idi ki, işğal altında idi. Birinci Qarabağ Müharibəsində
yüzlərlə şəhid verən Füzuli sakinlərinin böyük əksəriyyəti uzun illər boyu respublikanın müxtəlif
regionlarında ağır şəraitdə köçkünlük həyatı yaşamağa məcbur oldular.
27 sentyabr 2020-ci il də Ali Baş Komandanın əmri ilə başlanan Azərbaycan Ordusunun
uğurlu əks-hücüm əməliyyatları nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqələrinin düşmən
tapdağından azad olunması xalqımızın qəlbində qələbəyə olan inamı artırdı. Bütün xalq bir yumruq
kimi Ali Baş Komandanın ətrafında six birləşərək ordumuza dəstək oldu.
27 il işğal altında olan Füzuli rayonu ərazisində olan düşmən ordusu təmas xətdində uzun illər
boyu çox güclü müdafiə sistemləri qurmuş, beton konstruksiyalı bir neçə müdafiə səngərləri çəkmişdi.
İşğal müddətində mənfür düşmən rayon ərazisində olan bütün yaşayış məskənlərini, tarixi-dini
abidələri, mədəniyyət, təhsil, səhiyyə ocaqlarını yerlə yeksan etmiş, bütün infrastrukturu məhf
etmişdi.
Şanlı ordumuzun Vətən Müharibəsində qarşısında duran əsas missiyalardan biri də Füzuli
şəhərini və onun ətraf ərazilərini düşməndən azad etmək idi. Erməni təxribatlarına çavab olaraq
başlayan İkinci Qarabağ müharibəsində Füzuli rayonu və onun ətraf ərazilərinin işğaldan azad
edilməsi xüsusi əhəmiyyətə malik idi. Azərbaycan ordusunun gücü, Azərbaycan əsgərinin
qəhrəmanlığı və şücaəti qarşısında düşmən duruş gətirə bilmədi. 17 oktyabr 2020 –ci il tarixində
Füzuli rayonu və onun bir çox yaşayış məntəqələri düşmən tapdağından azad olundu. Füzulidə daşı-
daş üstündə qoymayan düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur oldu. Bu torpağın əsil
sahibləri qanları, canları bahasına azad etdikləri doğma torpaqlarımızda üç rəngli bayrağımızı
dalğalandırdılar. On minlərlə soydaşımızın vətən həsrətinə son qoyuldu.
Bütünlüklə, yerlə yeksan edilən Füzulidə şanlı qələbəmizdən az sonra yeni infrastruktur
layihələrinin icrasına başlanıldı. Zəfər yolunun çəkilişləri başlanıldı, yeni hava limanının təməli
qoyuldu. Artıq bu işlər yekunlaşır və Füzulinin bərpası, yenidən qurulması və daimi sakinlərinin
yenidən oz yurd- yuvalarına qayıda bilmələri üşün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
dovlətimiz əməli addımlar atır. İnanıram ki, yaxın gələcəkdə bütün azad olunmuş rayonlarımız,
kəndlərimiz, qəsəbələrimiz kimi Füzulidə də yenidən həyat canlanacaq və vətən uğrunda canından
keçən şəhidlərimizin, vətən həsrəti ilə dünyasını dəyişən soydaşlarımızın ruhları şad və rahat olacaq.
Şükufə Əsgərova,
Sabirabad şəhər sakini, “əməkdar mədəniyyət işcisi”, təqaüdçü