

2020-ci il oktyabrın 17-də Füzulinin 30 ilə yaxın davam edən hərbi-siyasi
əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər
qazandıran önəmli faktor oldu. Ermənilər Füzuli istiqamətində bir neçə istehkam
xəttindən ibarət güclü müdafiə sistemi qursalar da, Azərbaycan Ordusunun təzyiqinə
davam gətirə bilmədilər. Ordumuzun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən
düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu isə
Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün
əsl mənasında, XXI yüzilliyin müharibəsini apardığını təsdiqləyir. Məlumdur ki, Füzuli
coğrafi mövqeyinə görə hərbi-strateji əhəmiyyətə malikdir. Hadrut, Tuğ kimi strateji
önəm kəsb edən digər ərazilərin azad edilməsindən sonra Füzulidə möhkəmlənmək
Azərbaycan Ordusu üçün Qubadlı və Zəngilanın azad olunması hədəfinin
reallaşdırılmasına imkan verdi. Bu, eyni zamanda, işğalçı Ermənistanın təcavüzkar
hərbi birləşmələrinin müqavimətinin qırılması və Azərbaycan Ordusunun sürətli
irəliləyişi demək idi.
Füzulinin azad olunması həm də Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə
inamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika
vəziyyətinə düşməsinə səbəb oldu, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin
“yenilməzlik” mifini darmadağın etdi. Azərbaycan Ordusu döyüş meydanında
xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.
Qeyrət Şükürov,
Sabirabad rayon Nizami bələdiyyəsinin sədri