isaznow.com
Az Iw En Ru

Füzuli: azadlıqdan abadlığa

Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il
tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri
təsis edilib. Həmin Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Bu gün
Füzulidə ermənilərin basdırmış olduğu minaların təmizlənməsi ilə yanaşı böyük quruculuq-bərpa
işləri aparılır. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş
rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi
vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin
təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq
subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və
ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici
ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət
veriləcəkdir”.
Artıq Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələri icra olunur:
“Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik
əhəmiyyətini əsaslı şəkildə artırdı. Eyni zamanda Özbəkistan prezidenti Şavkat Mirziyoyevin şəxsi
təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan prezidentinin
təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına
Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir. Bununla yanaşı
rayonda artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq işlər uğurla icra edilir. Artıq keçmiş qaçqın
və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönür. Onlar burada əbədi xoşbəxt yaşayacaq. Buna
güclü, qalib, Azərbaycan dövləti zəmanət verir”.
Mircamal Həşimov,
Sabirabad rayon H.Z.Tağıyev adına 6saylı şəhər tam orta məktəbin direktoru


19:01 17.10.2023