

Qarabağın azadlığı uğurunda qət olunan yol səbr və intizama əsaslandı. Dünyada
etibarlı tərəfdaş kimi şöhrət qazanmamız II Qarabağ müharibəsində erməni yalanlarının
genişlənmək imkanlarını sıfıra endirdi. Bütövlükdə, Qarabağ uğrunda mübarizənin
qələbə ilə nəticələnməsi isə Azərbaycanın ədaləti bərpa etməsinə əsaslandı - nə
Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə
etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda,
Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə,
Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər
törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar.
2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri
nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin həmin
ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxartdı və hərbi
xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü
buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı.
Bu, Azərbaycanın qələbəyə gedən yolda bütün şərtləri, bütün hesabları ən kiçik
incəliklərinə qədər hesablamasının nəticələridir. Bu, Azərbaycan Prezidentinin “nəyi,
nə vaxt, necə” etməyi hər kəsdən yaxşı bilməsinin əyani sübutu idi. Bu, qələbə, bu
uğur, bu sabitlik yalnız Azərbaycan üçün qazanılmadı - Cənubi Qafqazın gələcək
təhlükəsiz inkişafının strateji yol xəritəsi məhz 19-20 sentyabr antiterror tədbirlərinə
əsaslanır...
Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru