isaznow.com
Az Iw En Ru

Çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı

Oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın bu arzusunu da
reallığa çevirdi. İlk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə,
Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Prezident
İlham Əliyev verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdiyini
böyük fəxr hissi ilə diqqətə çatdırdı. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atılan
addımların xronologiyasına diqqət yetirmək kifayətdir.
Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi
bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin
ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə
atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə
yazıldı.
Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda
üçrəngli Bayrağımızın dalğalanması hər birimiz üçün böyük xoşbəxtlikdir. Ölkə
Prezidentinin Xankəndidən xalqa müraciətində qeyd etdiyi kimi, təkcə Azərbaycan
vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və
zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Telman Əzimov,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini


07:59 18.10.2023