isaznow.com
Az Iw En Ru

Dövlətimizin başçısı Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu

Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə cənab İlham
Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və
əbədi torpaqlarımızda – Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla
xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı
və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da
kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç vaxt
yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə hasil olur.
Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas
səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə
cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Əmin idi ki,
Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa
çatdıracaq. Xankəndində əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir
xalq olduğuna şahid olduq.
Xankəndinə sancılan bayrağımızı görərkən biz nə qədər sevincliyiksə, xoşbəxtiksə, Heydər
Əliyevin, şəhidlərimizin ruhu da bir o qədər şaddır: “Ulu Öndər Heydər Əliyev bütün mənalı və
şərəfli ömrünü Vətəninə və xalqına həsr etdi, bizim üçün böyük bir dövlət qurdu. Və indi rahatdır ki,
işğal edilmiş torpaqlarımız azad edilib, yaratdığı dövlətin suverenliyi bütün ölkə ərazisində təmin
olunub. Şəhidlərimiz də məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri
Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar. Fəxr edirlər ki,
şəhidlərimizin qanı yerdə qalmadı”.
“Dövlətimizin başçısı Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini
qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix bizim uğur
salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-
gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin
sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik
etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq
qoymadan hər bir azərbaycaanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali
peşəkarlıqla yerinə yetirdi. Əsl Azərbaycan kişisi olaraq verdiyi hər bir sözə, vədə sahib çıxdı. Bu
barədə əvvəllər də danışmışam, yeri gəlmişkən, xatırladım ki, cənab İlham Əliyev 2003-cü ildə
Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz
münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün
mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə
baxmayaraq, cənab İlham Əliyev sözünün üstündə durdu və bu mübarizədən qalib ayrıldı.
Bahadur Cəfərov,
Sabirabad RİH başçısının Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


15:56 17.10.2023