

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab
İlham Əliyev keçirilmiş prezident seçkilərində seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq
Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ
başlandı. İlham Əliyevin 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti
olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və
qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Azərbaycan xalqı
İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini
nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.
Xalqın səsinin mütləq əksəriyyətini qazanmış İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə
yerinə yetirib: “İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifələrdən biridir.
Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var. Əminəm ki,
Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən
Azərbaycanı belə görmək istəyirəm!” Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin
bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı yaxşılaşıb, Azərbaycanın iqtisadi
uğurları daha da böyüyüb, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin
valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artıb, güclü sahibkarlıq sinfi
yaranıb. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində
bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret
proqramlar icra olunub. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq
arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli
maraqlarının nəzərə alınması ilə həyata keçirilməsi İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin
nəticəsidir.
Prezident cənab İlham Əliyevin bütün hakimiyyəti boyu Azərbaycan xarici siyasətinin bir
prioriteti olub, o da Qarabağ münaqişəsi və onun həlli üçün çalışmaq.
Prezident cənab İlham Əliyev Azərbaycanı beynəlxalq maraqları təmin edən transmilli
layihələrə qoşdu. Sabitliyin qarantı olub, böyük layihələri, beynəlxalq brendləri ölkəyə gətirdi. Burda
sabitliyin və inkişafın olmasını təkcə Azərbaycan xalqının deyil, həm də regionun və qlobal güclərin
marağına çevirdi. Burda böyük layihələri olan transmilli korporasiyalar, beynəlxalq tədbirlər keçirən
brendlər ölkəni, eyni zamanda burdakı multikultural dəyərləri, həm də Qarabağ problemini tanıdı.
İlham Əliyev əvvəlcə iqtisadi sabitlik və inkişaf təminatı yaratdı. Azərbaycanın milli sərvəti
olan neft kapitalını insan kapitalına çevirməyə başladı, hərbi sənayeni gücləndirdi. İlham Əliyev
regionun ən güclü ordusunu qurdu və onu hərbi-texniki baxımdan mobilizasiya etdi. Faktiki olaraq bu
yöndə üzləşdiyi təzyiqlərin hamısını şəxsən özü dəf etdi. Torpaqların azad edilməsi üçün lazım olan
infrastrukturu qurdu, Azərbaycanın peykini orbitə buraxdı. Və bir gün müharibə başlayanda biz bütün
bunları nəyə lazım olduğunu anladıq. Məcburi köçkün olan yüz minlərlə vətəndaşı çadırlardan işıqlı
evlərə daşıdı, amma hər dəfə onların özünə də “Qarabağa qayıdacağıq” dedi.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi 44 günlük Vətən
müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və
məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək
peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi
düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın
işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd
edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Ölkə
başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan
dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə
sadəcə 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 19 illik fəaliyyəti dövründə Prezident İlham
Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv
fikir formalaşdırıldı.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri