

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə
və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də dünya
azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev eyni zamanda beynəlxalq miqyasda dünya
liderlərindən biri kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi
məqsədyönlü siyasət və atdığı addımlar həm öz ölkəsində, həm də dünya ictimaiyyəti arasında yüksək
qiymətləndirilir. Prezident İlham Əliyev beynəlxalq aləmdə XXI əsrin liderlik nümunəsini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin möhkəm
əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin keçdiyi çətin və şərəfli yolu yüksək
qiymətləndirməklə bərabər, həm də onun yaradıcı şəkildə inkişaf etdirməyin əsl örnəklərini nümayiş
etdirir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində həyata keçirdiyi
genişmiqyaslı Azərbaycançılıq siyasəti ilə xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlaması və
müstəqillik dövründə ölkəmizi dağılmaqdan xilas etməsi Prezident İlham Əliyev üçün dövlətçiliyə və
istiqlaliyyətə xidmət nümunəsi kimi qəbul edilir. O, böyük siyasətə və dövlət idarəçiliyinə cavan
yaşlarında ikən görkəmli bir dövlət xadiminin böyük məktəbini keçərək gəlmişdir. Azərbaycan
xalqının tarixinin ən məsuliyyətli anlarından biri sayılan qanlı 20 Yanvar hadisəsindən bir gün sonra
Moskvadakı Azərbaycan daimi nümayəndəliyində Sovetlər İttifaqının rəhbərləri haqqında sərt
bəyanatlar verərək doğma xalqını müdafiə edən Heydər Əliyevin yanında olması İlham Əliyev üçün
əsl dövlət xadiminin ölkəsi və xalqı üçün bütün fədakarlıqları həyata keçirməklə qətiyyət nümayiş
etdirmək baxımından dərs olmuşdur. Ümumiyyətlə, həyatının bütün məqamlarında görkəmli dövlət
xadimi Heydər Əliyevin keçməkeşli və mənalı tərcümeyi-halının hadisələri və gedişlərini yaxından
müşahidə etmək və dahi siyasətçini daha yaxından dinləmək imkanlarına malik olan İlham Əliyev,
beləliklə, dünyaşöhrətli Heydər Əliyevin dövlətçilik məktəbindən keçərək böyük siyasətə gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik istedadının bütün
xüsusiyyətləri cəmləşmişdir. O, əsl lider üçün zəruri olan qətiyyətli və iradəlidir. Onun ən mürəkkəb
ictimai-siyasi və hərbi proseslərdə anında çox düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. İlham
Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşünə malikdir. O, dünyadakı və ölkədəki prosesləri
və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət
ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Qeyri-adi dərəcədə hazırcavab
olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən
mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya
dövlətlərinin liderlərini heyrətləndirmişdir. Əsl lider üçün əhəmiyyətli olan bu xüsusiyyətlərin
Prezident İlham Əliyev üçün bacarıqla rəhbərlik etdiyi müstəqil Azərbayan dövlətinə və doğma
xalqına xidmət göstərməyə həsr olunması onun dövlətçilik istedadının mahiyyətini meydana qoyur.
İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam
əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil
qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi fərdi özünəməxsusluğunu əks etdirir.
Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə Azərbaycanı yenidən yaratması
ilə nəticələnmişdir. Müstəqilllik dövründə yeni Azərbaycanın yaranmasının möhkəm təməlləri
Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Lakin Prezident İlham Əliyev müstəqil
Azərbaycanı bütün istiqamətlər üzrə yenidən qurmuşdur. Azərbaycan regionlarının inkişaf etdirilməsi
siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün
əsl mənasında şəhərlə kənd arasındakı fərqi aradan qaldırmışdır. Bu gün istənilən səviyyəli xarici
qonaq Azərbaycanın regionlarına səfər etsə, heyrətini gizlədə bilməz. Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhəri də artıq özünün bütün möhtəşəmliyi ilə İlham Əliyev erasının paytaxt şəhərinə
çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı şəkildə, həm də fərqli memarlıq
üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq asan deyildir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında şaxələndirilmiş iqtisadi inkişaf
strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin
qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz enerj sektoru ölkəmizin yenidən qurulmasına
xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi
faktorlardan biridir. Bu gün Azərbaycan qədər öz məhsullarını Avropa bazarlarına rahatlıqla çıxara
bilən ikinci bir neft ölkəsi göstərmək çətindir. Bünun əsas səbəbi isə ölkəmizin zəngin neft-qaz sərvəti
ilə yanaşı, hətta bir qədər də çox Prezident
İlham Əliyevin düşünülmüş müdrik siyasəti ilə üzvi surətdə əlaqədardır. Dövlət başçımızın
çox ağıllı siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi, həm də çoxsaylı etibarlı dostlar və
tərəfdaşlar qazandırmağa uğurla xidmət edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi
sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda
neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir.
Beləliklə, iqtisadi sahədə də İlham Əliyev erası baş vermişdir.
Xarici siyasətdə Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlər ölkəmizin lider
dövlətlər cərgəsində yerini qərarlaşdırmışdır. Dünyanın iknci beynəlxalq təşkilatı olan Qoşulmama
Hərəkatına Prezident İlham Əliyevin böyük uğurla rəhbərlik etməsi bu ölkələrdən hər birinin
həyatında yeniləşmələrin və inkişafın baş verməsi ilə nəticələnmişdir. İkincisi isə, İlham Əliyevin
rəhbərliyi dövründə dünya siyasətində Qoşulmama Hərəkatının rolu, mövqeyi, imkanları müstəsna
dərəcədə artmışdır. Qoşulmama Hərəkatı ölkələri bu tarixi mərhələdə seyrçi, müşahidəçi ölkələrdən
Birləşmiş Millətlər Təşkilatının qərarlarına təsir etmək imkanlarına malik olan aktiv dövlətlər sırasına
çıxmışdır. Azərbaycan Respublikasının BMT-də, Avropanın beynəlxalq təşkilatlarında tutduğu
yüksək mövqe Prezident İlham Əliyevin müstəqil siyasətinin mühüm nəticələridir. Şanxay
Əməkdaşlıq Təşkilatına doğru atılmış addımlar, xüsusən 2022-ci ildə baş tutmuş Səmərqənd görüşləri
Azərbaycan Respublikasının dünyanın Asiya siyasətində də fəal rol oynayacağını göstərir. Türk
Dövlətləri Təşkilatında Türkiyə Cümhuriyyəti ilə birlikdə Azərbaycanın tutduğu mövqe Prezident
İlham Əliyevin liderlik istedadının daha bir parlaq göstəricisidir. Azərbaycan-Türkiyə
münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dahiyanə şəkildə müəyyən etdiyi "Bir millət-iki dövlət"
formulu əsasında qətiyyətlə inkişaf etdirilərək Müttəfiqlik Bəyannaməsinin qəbul edilməsinə qədər
inkişaf etdirilməsi İlham Əliyev erasının böyük nailiyyətlərinin möhürüdür.
Şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının
çoxəsrlik tarixində qazandığı ən böyük qələbədir. Azərbaycanın əzəli-əbədi torpaqları olan qədim
Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan Prezident İlham
Əliyevin "dəmir yumruğ"unun nələrə qadir olduğunu dünyaya nümayiş etdirmişdir. Qarabağ Zəfəri
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik istedadının daha
parlaq bir ifadəsi kimi də mühüm əhəmiyyətə malikdir. Ordunu və xalqın bütün təbəqələrini "dəmir
yumruq" ətrafında birləşdirməsi İlham Əliyev liderliyinin parlaq təcəssümüdür. Prezident İlham
Əliyevin müəllifi olduğu Böyük qayıdış Azərbaycanın çoxəsrlik tarixində ən böyük dövlət
proqramıdır. Böyük Qayıdış Proqramının böyük uğurla həyata keçirilməsi Azərbaycanın içində yeni
bir Azərbaycanın yaradılması, nəticə etibarilə ölkəmizin ərazi bütövlüyü şəraitində tam olaraq inkişaf
etdirilməsi deməkdir. Cənab Prezidentin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva
ilə birlikdə Azərbaycanın regionlarına və o cümlədən Qarabağa səfərləri hər dəfə respublikamızın
inkişafında yeni bir parlaq səhifənin yazılması ilə nəticələnir. Bir sözlə, tarixi Qarabağ Zəfəri və
Böyük qayıdış hərəkatı İlham Əliyev erasının zirvəsidir.
Hazırda Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Zəngəzur dəhlizinin
açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi
beynəlxalq əhəmiyyətə mailk olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə
daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. İlham Əliyev eyni zamanda dünya
azərbaycanlılarının haqları və hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş bir siyasəti
uğurla həyata keçirir. Möhtərəm Prezidentimizin Azərbaycançılıq idealına xidmət sahəsindəki
çoxcəhətli və yorulmaz fəaliyyəti müstəqil dövlətimizin sabahkı inkişafının ən böyük təminatıdır. Son
illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil ölkəmizdə şəffaf və ədalətli
bir cəmiyyət yaratmaq istiqamətində həyata keçirdiyi tədbirlər xalqımızın daha xoşbəxt həyatının
təmin edilməsinə və dövlətimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru