

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə
onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub.
2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin
inkişafında yeni bir mərhələ başlandı.
Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi
irsinə səs verdi. Ulu Öndərin siyasi kursuna sədaqətini nümayiş etdirən xalqımız bu böyük şəxsiyyətə
sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin,
inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə
alternativin olmadığını göstərdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz
ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik,
hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.
Çətin və mürəkkəb beynəlxalq münasibətlər şəraitində gənc, müstəqil dövlətimizin mövqeyini
qoruyub saxlamaq, onu daha da möhkəmləndirmək, ölkəmizin hərtərəfli inkişafını təmin etmək böyük
siyasi təcrübə, aydın və qəti mövqe, böyük islahatçılıq əzmi tələb edirdi.
Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü
siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə
qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham
Əliyevin xidmətləri sayəsində mədəniyyətlər və sivilizasiyalar arasında dialoq məkanı kimi tanındı.
Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi
bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixində məğlub yox, qalib xalq
kimi yazılması oldu. Dünyada həllini tapmayan münaqişə ocaqlarının mövcudluğu və bu ocaqların
artması, daha da alovlanması fonunda İlham Əliyevin 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi
bütövlüyünü təmin etməsi istiqamətində yürütdüyü prinsipial siyasət, böyük vətənpərvərlik, siyasi
peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir bütündə təcəssümüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi qazandığı
zəfər ölkəmizin çoxəsrlik tarixinin ən möhtəşəm hadisəsidir. Qalib Ali Baş Komandan İlham Əliyevin
başçılığı ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində aparılmış Qarabağ müharibəsi
dünya hərb tarixinin fərqli hadisəsidir. Bu, XXI əsrdə Vətən torpaqlarının işğalçılardan azad olunması
uğrunda aparılan ədalətli müharibə nümunəsidir.
Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti, böyük qətiyyəti, qurub-yaratmaq bacarığı
sayəsində cəmiyyət həyatının bütün sahələrində qazanılmış mühüm nailiyyətlər müstəqil
Azərbaycanın inkişaf tarixinin parlaq səhifələridir.
Müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin davamçısı
Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin
möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi bu gün də davam edir
və onun sülh, əminamanlıq və inkişaf naminə həyata keçirəcəyi daha böyük layihələr hələ qaşıdadır.
Hikmet Ağayev,
Sabirabad rayonu Ulacalı bələdiyyəsinin sədri