isaznow.com
Az Iw En Ru

Azərbaycan ictimaiyyəti və cəmiyyəti informasiya savaşı məsələsində vahid mövqedən çıxış etməlidirlər

Oktyabrın 11-də Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi
xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Fransanın tutduğu
qərəzli mövqe haqda da danışıb. Prezident deyib ki, Azərbaycan 30 il ərzində işğala məruz qalsa da,
Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər
şeydə  dövlətimizi ittiham edirlər:
“Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin
bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı
aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir.
Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir… Biz indi
Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz,
əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq
və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik
tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur”, –
Prezident qeyd edib.
Həqiqətən bu gün Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparılır və bu işin
başında Fransa dayanır. Yəni həm cəmiyyət, həm də erməni lobbisi səviyyəsində bu işlər aparılır.
Təəssüf ki, Avropanın digər ölkələrində də informasiyanı birinci mənbədən deyil, daha çox başqa
qaynaqlardan, xüsusən də erməni mənbələrindən alıb, onun əsasında  Azərbaycana qarşı informasiya
müharibəsi aparırlar.
Əlbəttə ki, Fransa, ABŞ güclü ölkədir, amma bunların  hamısından güclü olan həqiqətdir. Bu
həqiqəti  də yaymaq üçün isə hesab edirəm ki, Azərbaycan özünün texnoloji kontinenti və metodları
birləşdirən mexanizm hazırlamalı, müxtəlif vasitələrdən istifadə etməlidir. O cümlədən diplomatik
kanallar, qeyri-hökumət, müstəqil insanlar səviyyəsində, Azərbaycan cəmiyyətinin dünyada tanınan
ayrı-ayrı şəxsiyyətləri vasitəsilə bu informasiyanı yaymağın effektli yollarından istifadə edilməlidir.
Birinci növbədə, dünyanın ən aparıcı media qurumları ilə birbaşa əlaqələri gücləndirməliyik. Yəni
mütəmadi, ardıcıl, davamlı şəkildə əlaqələr qurulmalıdır. Həmçinin böyük yayım şirkətlərinin
Azərbaycanda  nümayəndəlikləri yaradılmalıdır. Bu gün dünya ikili standartların üzərindədir və
bunun aradan  qaldırmaq üçün çox effektli mexanizmlər istifadə olunmalıdır.
Son  antiterror tədbirləri zamanı Azərbaycanın adı dünya mediasının gündəmi olub. Dünya
ictimai rəyini müəyyən edən media qurumları Azərbaycan və  Qarabağ məsələsinə çox ciddi şəkildə
yer ayırdılar. Lakin məsələyə qərəzli yanaşan, onu kontekstdən çıxaran,  fərqli mövqe nümayiş etdirən
KİV-lər arasında Fransada mənzillənmiş və dünya ictimai rəyində tanınan KİV qurumları xüsusilə
“fərqləndirlər”. Fransa mətbuatı ermənipərəst mövqe tuturlar və əksəriyyəti erməni lobbisinin, erməni
diaspor təşkilatlarının təsiri altındadırlar. Fransa mediasının da ikili mövqedən  çıxış etməsi,
məsələlərə qərəzli yanaşması əslində Fransanın mövqeyi ilə bağlıdır.
Beləliklə, xaricdə ölkəmizə qarşı informasiya müharibəsində uğur əldə etmək üçün biz,
Azərbaycan ictimaiyyəti, cəmiyyəti olaraq müharibə dövründə necə vahid cəbhədən çıxış edib, qalib
gəldiksə, eləcə də informasiya savaşı məsələsində də vahid mövqedən çıxış etməliyik. Bizim də
diaspor təşkilatları, lobbi qrupları, xaricdə fəaliyyət göstərən səfirliklərimiz, eyni zamanda 
jurnalistlərimiz, media təmsilçilərimiz, sosial şəbəkə istifadəçiləri hər biri bir məzmun yaratsalar,  bu
işə töhfə verə bilərlər.
Aris Qarayev,
Sabirabad rayon Hidrometrologiya idarəsinin rəisi


10:45 14.10.2023