

Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin bitməsindən üç il ötür. Bütün bu
nailiyyətlərə xalqın Müzəffər Ali Baş Komandan dahi sərkərdə və Rəşadətli Ordumuzun qəhrəmanına
olan böyük inamı, sevgisi və sədaqəti nəticəsində nail ola bildik.
Azərbaycan xalqı azad, demokratik, hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün
dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamaq, dünya birliyi ilə sıx
inteqrasiya xətti tutduğunu bəyan etmişdir.
11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları
rəhbərləri Şurasının 53-cü İclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
regiondakı son prossesləri diqqətə çatdırmışdır: “Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici
təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir.
Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir
və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir.
Qeyd edilib ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə
Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi
imzalanıb, müqaviləni Azərbaycan tərəfindən Qarabağın və Şuşanın xanı İbrahim Xəlil xan, Rusiya
tərəfindən isə çar generalı Sisianov imzalayıblar.
Kürəkçay müqaviləsində erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları
haqqında heç bir xatırlatma olmayıb. Yəni, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış
azərbaycanlıların məskunlaşdığı qədim torpaq olub. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan
xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da
Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə
Türkmənçay müqaviləsi olub. Bu sənədlərdə də, təbii ki, söhbət Azərbaycan torpaqlarından gedib.
Yalnız Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılib. Buna
qədər isə həmin sənədlərə əsasən erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan
ərazilərinə kütləvi köçü olub. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun
milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Ötən əsrin 80-ci illərinin sonunda Sovet
İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar
ekstremizmin baş qaldırdı, qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, təəssüf ki, mərkəzi sovet
rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.
Dövlət başçısı qeyd etmişdir ki, “Belə bir sual yarana bilər: bəs, üç həftə əvvəl nə baş verib? Belə ki,
barəsində danışdığım Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan onun bəndlərini yerinə
yetirmirdi, halbuki ən vacib bəndlərdən birində deyilirdi ki, bütün erməni silahlı qüvvələri Qarabağ
ərazisindən çıxarılmalıdır. Buna əməl edilmədi, həm də nümayişkaranə şəkildə edilmədi. Hətta iki il
ərzində – 2020-ci ildən 2023-cü ilin əvvəlinədək, Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət
etmədiyi bir vaxtda, oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə
tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün
bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak
olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna
hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının
vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər
nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini
təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa
münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”.
Bu gün Azərbaycanla istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq
və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir.
Anar Şıxıyev,
Sabirabad rayonu, yaradıcı gənc, dizayner