isaznow.com
Az Iw En Ru

“Böyük Qayıdış” Cəbrayıldan başlamışdır

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən  Cəbrayıl rayonu   işğal edilmişdi. İşğal
zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928
milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki  72
ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye
müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali
doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o
cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl
rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət ölkəbaşçısı, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə  2016 -cı
il  Aprel Döyüşləri  zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad
edildi və  Cocuq Mərcanlı  kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin Sərəncam və
tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpa edildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı,
insanlar öz döğma kəndlərinə qayıtmağa başladılar.
Nəhayət 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan
Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun  Böyük Mərcanlı  və  Nüzgar  kəndləri, 3 oktybar
tarixində  Mehdili ,  Çaxırlı ,  Aşağı Maralyan ,  Şəybəy  və  Quycaq  kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və
rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan
və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində
ümumilikdə 1 şəhər ( Cəbrayıl ) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra
düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun  Xocavənd rayonunun  cənub kəndləri və strateji
Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayılın azad edilməsi xəbərini biz düz 27 il gözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-
birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi.  İki il bundan əvvəl avqustun 23-nü
Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.
Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni
silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə
kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək
etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan
bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il
sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu
Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd
yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi
bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu,
biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq”
düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.
2020-ci il noyabrın 16-da  Azərbaycan Prezidenti   İlham Əliyev  və xanımı  Mehriban Əliyeva  işğaldan azad
olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və  Xudafərin
körpüsündə   Azərbaycan bayrağını  qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün
düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını
ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Bu yerlərə həyat yenidən qayıdır. Şuşada böyük quruculuq işləri gedir, Ağdamın bərpasının təməl daşı
qoyulub, Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirilir. Cəbrayılın bərpası üçün də göstəriş verilib. Azad
edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları
yaradılacaq, infrastruktur qurulacaq. Küçələr, parklar, xiyabanlar salınacaq, qələbə abidələri ucaldılacaq. Rayon
sakinləri, keçmiş məcburi köçkünlər tezliklə Cəbrayıla qayıdacaq, qurub-yaradacaqlar.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri


17:06 04.10.2023