

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda
yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan
Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan
Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə
yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz
çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl aşıqların ulu babası
sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi
el sənətkarlarının vətənidir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilmişdi. Baş verən müharibə zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən
ibarət idi.
Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub.Cəbrayıl
əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Artıq 4
oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycan xalqı qədim xalqdır. Bizim
tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad
edilməsi xüsusi əhəmiyyət daşıyır.
Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.Bəli, Cəbrayılın
azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016 -cı il Aprel Döyüşləri zamanı
Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq
Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan
Ordusu 3 oktyabr tarixində Mehdili , Çaxırlı , Aşağı Maralyan , 4 oktyabr tarixində Cəbrayıl şəhərini və
rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı
Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi
əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl
rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd
rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün
geniş imkanlar yarandı.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfəri baş tutmuşdu. İlham Əliyev Cəbrayıl şəhərində
və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Xalqımızın mənəviyyatında, tarixində dərin iz
buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Doğma torpaqlarımızın qaytarılması xalqımızın və millətimizin şanlı tarixidir. Vətən müharibəsi
zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı
qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların
sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Cəbrayıl rayonunun azad edilməsi
uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların
sücaəti yüksək qiymətləndirilir. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27
illik həsrətə son qoyuldu.
Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı,
Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da
artırdı. Cəbrayıl rayonun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə
gətirib çıxardı. Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsində ciddi təsirini
göstərdi”.
İnsanlarımız səbirsizlikə o günü gözləyirlər ki, onlar öz doğma yurdlarına yaşamaq üçün
qayıdacaqlar. Biz heç zaman inamımızı itirmədik, biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə
torpaqlarımız mütləq azad olunacaq. Bu gün artıq biz Cəbrayılın azad olunmasının 2 illiyini qeyd edirik.
Biz hamımız Prezidentimizin saysində bu gün öz torpaqlarımıza qovuşa bildik. Artıq 2 il keçdi. Bu
qələbəni Prezident İlham Əliyevə,şəhidlərimizə, qazilərimizə, ordumuza borcluyuq.
Yaşasın Azərbaycan ordusu!
Afət İsgəndərov,
Sabirabad RİH başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi