

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev həmin
ilin oktyabrın 3-də seçicilərin böyük səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Ulu Öndər qısa zamanda
Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi
yoluna çıxardı.
Müstəqilliyimizin ilk illərində, yəni 1991-1993-cü illərdə respublika ərazisində baş qaldımış
silahlı cinayətkar dəstələr Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra qısa zaman ərzində
zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə və separatçı meyillərə son qoyuldu. Həmçinin
təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu.
Ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində
saxlayan Ulu Öndər bu istiqamətdə mühüm islahatlara başladı. Məhz Heydər Əliyevin gərgin və
məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı
barışmaz mübarizə elan edildi. Bir sözlə, ölkədə “qanunun aliliyi” prinsipinin real təmin olunması
üçün müvafiq tədbirlər görülməyə başlandı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında
ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla da
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini
və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmiş oldu.
Dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik illəri ölkə tarixində davamlı
siyasi-hüquqi islahatlar dövrü kimi xarakterizə olunur. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə həyata
keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər baş vermiş, işlək
siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulmuşdur. Hər
zaman demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı olan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə kütləvi informasiya vasitələri üzərindən senzura ləğv edilmiş, insan və vətəndaş hüquq və
azadlıqları yüksək səviyyədə təmin olunmuşdur. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm addımlar atılmışdır.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik
siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə
olundu. Ulu Öndərin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə
çevrildi. Böyük siyasət xadiminin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin beynəlxalq
nüfuzunun artmasına səbəb oldu. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər
üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış
strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və
mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdi. Həyata keçirilən uğurlu
xarici siyasət kursu nəticəsində dövlət müstəqilliyi möhkəmləndirilən Azərbaycanın qısa zamanda
dünya birliyinə inteqrasiyası təmin olundu. Məhz bütün bunların nəticəsdir ki, Azərbaycan özünün
coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər
və beynəlxalq qurumlarla əməkdaşlıq edərək bir çox layihələri səmərəli şəkildə həyata keçirir.
Məlum olduğu kimi Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti
ilə üzləşmiş və torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu
Öndər Heydər Əliyev olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları
əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas
prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar
apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün
dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul
olunmasına nail olmuşdur. Məhz zamanında aparılmış bu düzgün siyasət nəticəsində artıq Azərbaycan
öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. Azərbaycanın ərazi bütövlüyünün,
suverenliyinin təmin olunması isə Ulu Öndər Heydər Əliyevin ən əsas amalı idi.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi