isaznow.com
Az Iw En Ru

Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində “Azərbaycançılıq” əsas və aparıcı milli ideologiyamıza çevrildi

Azərbaycan xalqının 3 oktyabr 1993-cü ildə etdiyi müdrik seçim bütün gələcək taleyimizi
müəyyən etmiş oldu. Həmin tarixdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində
xalqımız özünün əzəli və əbədi Liderini -Ulu Öndər Heydər Əliyevi yekdilliklə dəstəklədi. Bu seçim
tarixi bir seçim idi və xalqımızın bütün gələcək taleyinə öz həlledici təsirini göstərdi. 15 iyun 1993-cü
ildə Qurtuluşla başlanmış yol 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsi ilə tamamlandı.
Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə müdrik və uzaqgörən rəhbərliyi sayəsində
Azərbaycan Respublikası bir çox çətinlikləri geridə qoydu. Azərbaycan Respublikasında möhkəm
siyasi sabitlik formalaşdı. Dövlətimiz davamlı inkişaf yolunda əmin və qətiyyətli addımlar atdı. Ulu
Öndər Azərbaycanı tam müstəqil bir dövlət kimi yaşatmaq, inkişaf etdirmək, iqtisadi cəhətdən inkişaf
etmiş güclü bir dövlətə çevirmək, demokratiya yolu ilə irəlilətmək, ölkəmizdə vətəndaşların hüquq və
azadlıqlarını təmin etməkdən ötrü çox nəhəng işlər gördü. Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində
ölkəmizdə qanunun aliliyi, insanların hüquq bərabərliyi təmin olundu, Azərbaycanın dünya birliyində
nüfuzu daha da artdı.
Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh
istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail
olmağa çalışırıq. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh
lazımdır.
Ümummilli Liderimiz azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası
olaraq müəyyənləşdirdi. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı
azərbaycançılıq anlayışının tərkib hissələridir. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin
sayəsində “Azərbaycançılıq” əsas və aparıcı milli ideologiyamıza çevrildi. Çünki bu Ulu Öndər
Heydər Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi kursdur.
Ulu Öndərin hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq ölkəmizdə demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu baxımından önəmli addımlar atılmağa başladı. Ulu Öndərin özünün də
qeyd etdiyi kimi demokratik, hüquqi, dünyəvi ifadələri bizim dövlət quruculuğumuzun əsas mənasını,
məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik
də insan haqlarından irəliyə gedən sözlərdir. Azərbaycan özünün strateji yolunu Ulu Öndərin
hakimiyyətə gəldiyi 1993-cü ildən qəti olaraq müəyyənləşdirmişdir və hal-hazırki dövrdə də ölkəmiz
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə bu yolda qətiyyətlə
addımlamaqdadır.
Ulu Öndər Heydər Əliyev ölkəmizin və vətənimizin gələcəyinə həmişə böyük nikbinliklə
baxır və bildirirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz
Azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq. Ulu Öndərin ideyalarına daim sadiq qalan ölkəmiz böyük uğurlar qazanmaqda və parlaq
Zəfərlərini sıralamaqdadır.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər evinin direktoru


15:08 03.10.2023