

Əsrlərə bağlı olan Azərbaycan-Türkiyə birlik, dostluq və qardaşlıq münasibətlər günümüzdə hər iki
ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Bu ilin iyun ayının 12-də
Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca
Azərbaycana və sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda
rəsmi səfərləri, ilk növbədə, iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olmasının, bir
millətin iki dövlətin – Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir mesajıdır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
arasında təkbətək görüşü olub, həmçinin, hər iki dövlət başçıları sənədlər imzaladılar, Naxçıvan Bərpa-
istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib
Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib: “İki il bundan əvvəl uzun
zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi – müttəfiqlik
bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı”. Dövlətimizin başçısı qeyd edib: “Bu gün bu
əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Türkiyə-Azərbaycan, “Bir millət, iki dövlət”i rəsmiləşdirən,
ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan
Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi müttəfiqlik nümunəsildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
“Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın
gücü də bizim gücümüzdür”.
Sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
birgə mətbuata bəyanatında qeyd edib ki, “Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan
əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin
tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha
böyük ölçüdə təmin edəcək”.
Prezident İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi
mətbuata bəyanatında Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanmasını tarixi
hadisə olduğunu bildirib: “Vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin
açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası
ilə bağlı işlərə start veririk”.
“Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir.
Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana,
həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”,-deyə dövlətimizin başçısı əlavə edib.
Qeyd edilməlidir ki, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik
stansiyalarının inşası ilə bağlı böyük planlar vardır. bu planların həyata keçirilməsindən sonra Naxçıvan yaşıl
enerji zonasına çevriləcəkdir. Eyni zamanda Naxçıvanda həm günəş, həm külək, eyni zamanda, su elektrik
stansiyalarının inşası üçün böyük potensial vardır və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat
həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır. Keçən il Azərbaycan və Türkiyə arasında 6 milyard
dollardan çox olub. Bu ilin yeddi ayı ərzində isə dövriyyə daha 40 faiz artıb və artmaqda davam edir.
Görüşdə həm də sentyabrın 19-da Qarabağ bölgəsində həyata keçirilən Lokal antiterror tədbirlərindən
də danışılıb. 23 saat ərzində keçirilən bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış
Ermənistan ordusu təslim oldu, ölkəmizin şərtlərini qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini
tam təmin edildi. Bu hadisədən çox az vaxt keşməsinə baxmayaraq artıq Azərbaycandan onun Qarabağ
bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar – yanacaq – neft, dizel, benzin, ərzaq
məhsulları, dərman preparatları və digər humanitar yardımlar göndərilməsinə başlanılıb və bu, bir daha onu
göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan
vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.
Əminliklə qeyd etmək olar ki, iki dost və qardaş ölkə rəhbərlərinin növbəti görüşü bütün sahələrdə
gələcək əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri