isaznow.com
Az Iw En Ru

İki qardaş ölkənin hərtərəfli münasibətləri  regionda sülhün, rifahın, inkişafın modelini yaradır

Sentyabrın 25-də Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş ölkənin
həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan
Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması
mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra qardaş ölkələr
arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq  Azərbaycan-
Türkiyə sənədləri imzalandı. 
Türkiyə və Azərbaycan bölgədə və dünyada sülhün, təhlükəsizliyin, iqtisadi  və nəqliyyat-
daşınma logistikanın inkişafına  mühüm töhfə verməkdədir.  Təməlqoyma mərasimi keçirilmiş İğdır-
Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə
Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz
ötürülməsi üçün imkanlar yaradacaq və nəhayət Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək.
Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub, 
birlik nümayiş etdirərək sevinclərini, kədərlərini bölüşüblər. Bu dostluq və səmimi münasibətlər o
qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə
bilmir. Dünya bu qardaşlığın növbəti  nümunəsini Birləşmiş Millətlər Təşkilatının Baş
Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən
Azərbaycan dövlətinin maraqlarının  ifadə edilməsi ilə gördü. Dövlət başçısı İlham Əliyevin  qeyd
etdiyi kimi,  İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi.
Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən «Azərbaycan yalnız
deyil, Türkiyə Azərbaycanın yanındadır» kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi. 
Türkiyə və Azərbaycanın prezidentlərinin görüşü həm ölkələrimizin, həm də regionun inkişafı
üçün  yeni perspektivlər vəd edir.  Keçirilən tədbirlər, imzalanan sənədlər bu iki qardaş ölkə arasında
münasibətlərin səmimi və dərin olmasını bir daha nümayiş etdirməklə yanaşı, gələcəkdə regionda
sülhün və təhlükəsizliyin bərqərar olması, o cümlədən enerji təhlükəsizliyi baxımından
təqdirəlayiqdir. İki qardaş ölkənin hərtərəfli münasibətləri  regionda sülhün, rifahın, inkişafın
modelini yaradır. Müşahidələrimizə əsaslanıb deyə bilərik  ki, bir çox ölkələr  istər Azərbaycan,
istərsə də Türkiyə ilə yaxından əməkdaşlıq etməyə qərar verirlər. Bu, bir daha problemlərin silah,
hədə-qorxu gücü ilə deyil, əməkdaşlıq, dostluq, qarşılıqlı fayda verən münasibətlər çərçivəsində həll
edilməsinin  bariz nümunəsidir.
Mətanət Məhərrəmova,
Sabirabad rayonu Ulacalı kənd kitabxanasının müdiri


22:25 27.09.2023