

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat
törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkəmizin
ərazi bütövlüyü bərpa edildi. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan
qələbədir. Bu tarixi qələbəni, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin siyasi iradəsi və şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin
fədakarlığı sayəsində əldə etdik. Bu qələbə Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü
ildə başladılan, Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən
ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.
Vətən müharibəsində Tarixi Qələbənin əldə olunmasında ən mühüm amillərdən biri effektiv
ordu quruculuğu siyasəti olmuşdur. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə
gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Ulu öndərimizin
ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. Qısa
müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və
qüdrətli ordu yaradıldı.
2003-cü ildən etibarən Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Hələ
2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr
barədə danışan Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük
işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim
mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün
məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən
yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan
verəcəkdir”. Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün
qoşunlarda həyata keçirilən islahatlar Prezident İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir.
Ümummilli Liderimizin başlatdığı və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin müasir
ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata
keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli
orduları sırasında yer almasını təmin etdi.
Azərbaycan Ordusu Vətən müharibəsində böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə,
Lider İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri
ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini
şərtləndirən əsas amillər oldu.
Tarixi Zəfərin əldə olunmasında Sabirabad rayon gənclərinin də xidmətləri böyük olmuşdur.
Sabirabad rayonu üzrə 1500-dən yuxarı nəfər gənc Vətən Müharibəsində iştirak etmişdir. Onlardan 43
nəfəri torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş, 185 nəfər döyüşçü
sağlamlığını itirmiş, 60-a yaxın döyüşçü isə əlillik statusu almışdır. Şəhid ailələri, Qarabağ müharibəsi
əlilləri və qaziləri respublikamızın hər yerində olduğu kimi Sabirabad rayonunda da daima diqqət
mərkəzində saxlanılır, onları narahat edən problemlərin həlli ilə bağlı aidiyyatı qurumlar tərəfindən
dərhal zəruri tədbirlər görülür. Eyni zamanda bu təbəqədən olan vətəndaşlarımızın münasib işlə təmanatı
istiqamətində də lazımi işlər görülür.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi
olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən
müharibəsinin qəhrəmanına çevrildi. Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin
qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının
iradəsinin qələbəsidir!
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri