

2020-ci ildə – Vətən müharibəsində cəmi 44 gün ərzində Tarixi Qələbə qazanmaqla dünya hərb
tarixinə öz zəfər möhürünü vuran Azərbaycan müharibədən ötən 3 il ərzində müdafiə qüdrətini, hərbi
potensialını artırmaqla paralel olaraq siyasi, diplomatik, iqtisadi triumfları ilə də dünyada söz, nüfuz
sahibinə çevrildi. Azərbaycan bu Tarixi Qələbə ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən, 30 il ərzində kağız
üzərində qalan dörd qətnaməsinin icrasını hərbi-siyasi qüdrəti ilə özü reallaşdırdığı kimi, müharibə
sonunda imzalanan üçtərəfli Bəyanatın reallaşdırılması məsuliyyətini və ağırlığını da öz üzərinə
götürmüşdür. Belə ki, postmüharibə dövründə də ölkəmiz eyni siyasi prinsipiallıq və qətiyyətlə,
bütövlükdə, Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlığın qarantı missiyasını uğurla həyata
keçirməkdədir.
Azərbaycan sülhsevər siyasətinə sadiq qalaraq Cənubi Qafqazın lider dövləti kimi qalib və
diktəedən tərəf olaraq bədnam Ermənistana dəfələrlə sülh çağırışları etmişdir. Nəticə etibarilə,
Brüsseldə, Soçidə, Moskvada, Vaşinqtonda, habelə digər şəhərlərdə keçirilən görüşlərdə Ermənistan
qismən də olsa, sülhə meyillənməyə məcbur edildi. lakin daxili erməni revanşist qüvvələri və Fransa
kimi ikili standartlardan əl çəkməyən ermənipərəst dövlətlər, həmçinin qərəzli beynəlxalq təşkilatlar bu
ölkəni sülh masasına oturmaqdan boyun qaçırmağa, yeni təxribatlar törətməyə sürükləyirdi. Prezident
cənab İlham Əliyevin 20 sentyabr tarixdəki xalqa tarixi müraciətində də vurğulandığı kimi,
Azərbaycan Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm
təşəbbüslər göstərir, lakin regionda marağı olan dairələr buna hər tərəfdən mane olmağa çalışırlar.10
noyabr Bəyannaməsinin müddəalarından biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması olsa
da, Ermənistan buna riayət etməyərək müharibədən sonra da öz silahlı qüvvələrini Azərbaycan
ərazisində saxlayır, onları maliyyələşdirir və hərbi texnika yardımı ilə dəstək göstərirdi. Qarabağda
illərdir, 10 min qanunsuz erməni əsgərinin kök salmasının nəticəsidir ki, son zamanlar Ermənistan
silahlı qüvvələri tərəfindən mövqelərimiz intensiv şəkildə atəşə tutulur, ərazilərimizin, xüsusilə də
mülki təyinatlı yolların terror məqsədilə minalanması davam etdirilir, səfərbərlik, mühəndis-istehkam
təkmilləşdirilməsi, kəşfiyyat tədbirləri, bir sözlə, döyüşə hazırlıq prosesləri aparılır, mənfur düşmənin
sanki kapitulyasiya rüsvayçılığını unutduğunu, yenidən keçmiş işğalçılıq xülyalarına qapıldığını
sərgiləyirdi.
Tarix bir daha sübut etdi ki, idrakla gücün vəhdəti, güclü dövlət, milli həmrəylik, hərbi siyasi
qüdrət olduqda xalqların, dövlətlərin sonrakı taleyini, müqəddaratı həll etməyə bir gün belə kifayət
edir. Siyasi-tarixi əhəmiyyəti ilə əsrə bərabər sayılası bir gün… Sentyabrın 19-da Azərbaycanın
başladığı antiterror əməliyyatları da milli tariximizə ən qısa zaman kəsiyində qazanılan qələbə səhifəsi
olaraq yazıldı. Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin də bəyan etdiyi kimi,
Azərbaycan öz suverenliyini bərpa etdi. Həyata keçirilən antiterror tədbirləri nəticəsində 90-dan artıq
döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən
nəzarətə götürüldü. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Vətən müharibəsindəki Böyük
Zəfərdən arxayınlaşmamış, sonrakı dövrdə də ordumuzun daha da təkmilləşdirilməsinə, müasir
silahlanma, yeni hərbi texnika ilə təchiz olunmasına, döyüş peşəkarlığının yüksəldilməsinə xüsusi
diqqət göstərilmişdir. Son illərdə yaradılan müxtəlif təyinatlı yeni hərbi birliklər böyük hərbi
peşəkarlıq, düzgün taktika nümayiş etdirərək dağlıq, meşəlik və yaşayış məntəqələrində müasir silah və
texniki vasitələrdən istifadə etməklə qısa zamanda, minimum itki ilə Qarabağımızdakı terror yuvasını,
qanunsuz kriminal xunta rejimini darmadağın etdi. Özü də buna mülki əhaliyə və infrastruktura zərər
vurulmadan nail ola bildi. Prezident cənab İlham Əliyev də xalqa tarixi müraciətində hərbçilərimizin
böyük qəhrəmanlıq, şücaət və peşəkarlığını kimi yüksək qiymətləndirmişdir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa qələbə
müjdəli tarixi müraciətini diqqətlə nəzərdən keçirdikdə görərik ki, 24 saata yaxın lokal antiterror
tədbirlərinin hər saniyəsi hərbi-strateji baxımdan zərgər dəqiqliyi ilə hesablanmışdı. Prosesə bilavasitə
rəhbərlik və nəzarət edən Ali Baş Komandanın özünün də dediyi kimi, bu tədbirlər zamanı mülki
insanların qorunması məsələsi ən mühüm prioritetlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu Azərbaycan
humanizminin, beynəlxalq hüquqa, humanizm prinsiplərinə, demokratik ənənələrə sadiqliyin növbəti
nümayişidir. Bu, həm də erməni və ermənipərəst əleyhdarlarımızın sonrakı anti-Azərbaycan siyasi
hücumlarını puça çıxarmaq, bədxah niyyətlərini gözlərində qoymaq demək idi. Nəticədə, bir gün əvvəl
meydan oxumaq niyyətinə düşən separatçı qanunsuz birləşmə, təxminən, 24 saata darmadağın edilərək
Azərbaycan tərəfinin şərtlərini qeyd-şərtsiz qəbul etməyə, ağ bayraq qaldırmağa məcbur edildi. Bu ağ
bayraq siyasi mahiyyət etibarilə təkcə həmin separatçı qüvvələrin deyil, ümumilikdə, Ermənistanın,
uzaqda, Avropada yerləşən bütün ermənipərəst havadarların təslim olmasının rəmzi idi. Qarabağın
erməni sakinləri sentyabrın 21-də Yevlax şəhərinə vaxtilə boyun qaçırdıqları görüşə məğlubiyyət
boyunduruğu altında, ağ bayraqla gəldi.
Faiq Əhmədov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi