

44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz
Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan
əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı
səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Sentyabrın 19-da lokal antiterror
tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması ordumuzun peşəkarlığının növbəti
təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra ölkəmizin əsas hədəfləri sırasında dayanan mühüm
məsələlərdən biri müdafiə gücümüzün artırılmasıdır.
Bu mühüm məqamı da qeyd edək ki, cari ilin dövlət büdcəsinə edilən əlavələrin bir qismi
işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə, digər qismi isə müdafiə qabiliyyətimizin
artırılmasına yönəldilib. Azərbaycan dövləti hər zaman ordu quruculuğu prosesini diqqətdə saxlayır.
Rəşadətli Ordumuzun postmünaqişə dövründə Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının
qarşısını qətiyyətlə alması bir daha Ordumuzun artan gücünün nümayişidir. Prezident İlham Əliyev
xalqa müraciətində bildirdi ki, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bu vəzifəni
şərəflə yerinə yetirməyə şərait yaratdı. Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də
yüksək mənəvi keyfiyyətlər göstərdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı
Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş
açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı.
Tarixi Zəfərimizdən sonra Azərbaycan dövləti dəfələrlə erməni silahlı birləmələrinin
ərazilərimizdən çıxarılmasını tələb etdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın
öhdəliklərinə laqeyd yanaşması, onların icrasına maraq göstərməməsi, sülh müqaviləsinin imzalanması
prosesinin uzanması üçün mütəmadi təxribatlar törətməsi vəziyyətin daha da gərginləşməsinə səbəb
oldu. Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəfi məcbur etdi.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri