isaznow.com
Az Iw En Ru

Azərbaycan öz addımlarını beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq atır

İkinci Vətən müharibəsindən artıq 3 il ötür. Bu zaman ərzində Ermənistanın  Azərbaycana qarşı
apardığı məqsədyönlü və planlı terror siyasətini davam edib.  Belə ki, üçtərəfli bəyanatın müddəaları 
təmin edilməyib, Ermənistan silahlı qüvvələrinin birləşmələri  ərazilərimizdən çıxarılmamışdır.
Qarabağ iqtisadi rayonunda  davamlı olaraq səngərlər qazılır, silahlar daşınır, fortifikasiya qurulur,
istehsal ili yeni olan minalar basdırılır. Qanunsuz Ermənistan silahli qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki  silahlı  birləşmələri, erməni diversiya qrupları tərəfində dinc əhaliyə və
hərbiçilərimizə qarşı təxribat törədilirdi.
Buna görə də işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq
işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal
xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə ehtiyac yaranmışdır.
Sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri çox uğurla başa çatdı. Heç bir
mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və
dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı
obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.  Ermənistan Silahlı Qüvvələrdən,
xunta rejimindən, Qarabağda məskunlaşan separatçılardan fərqli olaraq Azərbaycan dövləti,
Azərbaycan Silahlı Qüvvələri    mülki şəxslərin təhlükəsizliyini  təmin etdi.  Azərbaycanın Müdafiə
Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri
tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa
və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS
xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni
zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanıldı.
Bütün bunlar onu göstərir ki, Azərbaycan öz addımlarını beynəlxalq hüquq norma və prinsiplərinə
uyğun olaraq atır.
Faktiki olaraq Azərbaycan 10 Noyabr Bəyanatının 4-cü maddəsini  özü icra etmək 
məcburiyyətində qaldı.  Vaxtı ilə BMT-nin qəbul etdiyi 4 Qətnamə 28 il kağız üzərində qaldı və bu
Qətnamələri də Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi.
Ümumiyyətlə, müstəqillik tariximizdə  sentyabr ayının xüsusi yeri var. 29 il bundan əvvəl “Əsrin
müqaviləsi” bağlandı. Bu ölkəmizin iqtisadi, siyasi tarixində mühüm hadisə idi. 3 il əvvəl Vətən
Müharibəsi başladı və 44 gün ərzində Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoydu.
 Təxminən 1 gün  ərzində ölkənin bütün ərazisində Konstitusiya qurluşunun bərpa edilməsi üçün lokal
xarakterli antiterror tədbirlər apardı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı
qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.
Sentyabrın 19-u 13:00-da başlayan və sentyabrın 20-də eyni vaxtda bitən bu tədbirin nəticəsində
Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir, erməni
icması reinteqrasiya məsələlərini  müzakirə etmək üçün sentyabrın 21-də Yevlaxa danışıqlara gəldilər. 
Bu Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir. Azərbaycan Prezidentinin siyasi qətiyyəti,
diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində  həllini gözləyən
məsələlər  nəzərdə tutulduğu kimi yerinə yetiriləcəkdir.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri

 


19:08 22.09.2023