isaznow.com
Az Iw En Ru

Azərbaycan mövqeyində və tələbində haqlıdır

Azərbaycanın beynəlxalq arenada apardığı siyasi kursun əsasını ərazi bütövlüyümüzün təmini,
2020-ci il 10 noyabr Bəyannaməsinə əməl olunması və bütövlükdə bölgədə əbədi sülhün yaranması
təşkil edir.
Ötən 3 il ərzində Ermənistanla Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə keçirilən
görüşlərdə də rəsmi Bakının mövqeyi dəyişməzdir. Ancaq təəssüflər olsun ki, görüşlərdə, danışıqlar
prosesində konstruktiv bəyanatlar verən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən Paşinyan
sonradan əks mövqe nümayiş etdirərək bölgədə davamlı sülhün əldə olunmasında maraqlı olmadığını
fəaliyyəti ilə nümayiş etdirir.
Son vaxtlar həm Laçın sərhəd keçid məntəqəsi ətrafında yaradılan siyasi şou, həm separatçı
rejimin oyuncaq seçki tamaşası, ərazilərimizin minalanmasının davam etdirilməsi, mövqelərimizin
müxtəlif çaplı silahlardan davamlı olaraq atəşə tutulması və ard-arda bölgədə baş verən hərbi təxribatlar
onu göstərirdi ki, Ermənistan durumu dondurulmuş vəziyyətdə saxlamaq istəyir və sülh sazişi
imzalamaq niyyətində deyil. Ermənilər bilməlidir ki, bu, qəbulolunmazdır və Azərbaycan bununla
barışmayacaq. Ölkəmiz suveren hüquqlarını bütün ölkə boyunca və Qarabağ ərazisində təmin etmək
haqqına malikdir.
Prezident İlham Əliyev bölgədə heç bir qanunsuz silahlı birləşmələrin varlığına imkan
verilməyəcəyini, Qarabağ ərazisində Azərbaycan qanunlarının bərpa olunacağını bütün diplomatik
masalarda əminliklə bildirməsi də bu yolunu azmışlara dərs olmadı.
Hər zaman humanizm və problemin dinc yolla həllinin tərəfdarı olan Azərbaycan bu dəfə də
qarşı tərəfə şans tanıyaraq uzun müddət səbr göstərdi. Ancaq tarixi ərazimizdə qanunsuz erməni hərbi
birləşmələrinin mina terroru nəticəsində Azərbaycan vətəndaşlarının şəhid olması rəsmi Bakının qəti
tədbirlər görməsinin qaçılmaz olduğunu göstərdi.
İşğal dövründə xarabaya çevrilən ərazilərin bərpa işlərini həyata keçirən mülki şəxslərin də
terror hədəfində olması bir həqiqəti təsdiqlədi ki, bölgə terrorçu hərbi birləşmələrdən təmizlənmədən nə
quruculuq prosesi, nə də sülh ola bilməz. Bu səbəbdən Azərbaycan tərəfinin antiterror tədbirləri
bütövlükdə bölgənin gələcəyinə hesablanmış uğurlu addım oldu. Keçirilən antiterror tədbirləri
ölkəmizin hüququdur, silahlı qüvvələrimiz mülki əhalini və infrastruktur obyektləri birmənalı şəkildə
hədəfə almır, məqsəd bəllidir.
Şanlı 44 günlük Vətən müharibəsində olduğu kimi bu əməliyyatlarda da bütün xalq Prezident
İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman
ordumuzun fəaliyyətini alqışlayır. Prezident Xalq vəhdəti qarşısında heç bir qüvvə dayana bilməz. Bu
ərazi Azərbaycanın və burada Azərbaycanın qanunlarının aliliyi təmin olunmalıdır. Azərbaycan
mövqeyində və tələbində haqlıdır. Yalnız Qarabağda qanunsuz erməni hərbi silahlı dəstələrinin təslim
olmasından və oyuncaq rejimin özünü buraxmasından sonra antiterror tədbirlərinin dayandırılması
müzakirə mövzusu ola bilər. Əks halda, ordumuzun başıpozuq qanunsuz hərbi birləşməyə, onların
hərbi obyektlərə qarşı zərbəsi daha sərt olacaq.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


04:47 22.09.2023