

Milli Ordumuzun Qarabağda antiterror tədbirlərini həyata keçirməsi son 3 ildə Qarabağ
bölgəsində separatçıların atdığı qeyri-legitim addımların məntiqi nəticəsi idi.
Bu yaxınlarda qondarma qurumun imitasiya etdiyi seçki şousu hadisələri kulminisaya həddinə
çatdırdı. Azərbaycan Rusiya sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə də öz
suveren hüquqlarını həyata keçirməklə Qarabağ ərazisində Konstitusion qayda-qanunları bərpa etdi. Bu
sözün əsl mənasında tarixi hadisədir.
Ermənistan və erməni siyasətbazları öz tarixlərindən dərs çıxarmağa qadir deyillər. 100 il
genosid sözü ilə manipulyasiya edib heç nəyə nail olmadıqdan sonra miatsum kimi cəfəng bir ideyanın
ardınca getmək doğrudan da yolunu azaraq qurda yem olmağa doğru gedən sürünün aqibətini xatırladır.
Biz onlara çox dedik, az eşitdilər. Bu da sonu. İndi onlar bu sonluğu qəbul etmək məcburiyyətindədir.
Bölgə bütövlükdə sülh və əməkdaşlıq regionuna çevrilməlidir.
Azərbaycanın qələbəsi bütün bölgə dövlətlərinin xalqlarına sağlam, etibarlı və firavan gələcək
vəd edir. Ona görə ermənilər də münaqişə səhifəsini qapadıb həyata yeni reallıqların prizmasından
baxmalı, düşmənçilikdən əl çəkib əməkdaşlığa və birgəyaşayışa doğru qəti addım atmalıdırlar.
Fikrət Sarıyev,
Sabirabad rayonu Cavad kənd Mədəniyyət evinin müdiri