isaznow.com
Az Iw En Ru

Həm Avropada, həm də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya
dövlət başçılarının 5-ci Məşvərət Görüşünə fəxri qonaq qismində  dəvət olunması da bu önəmli
dəvətlər sırasında xüsusi yer tutur. İlk dəfədir ki, bu regiona daxil olmayan ölkənin rəhbəri belə bir
mühüm görüşdə iştirak edirdi. Bu, Azərbaycan dövləti başçısının şəxsi nüfuzunun, ölkəmizin
beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində
 verdiyi töhfələrin  yüksək qiymətləndirilməsinin nəticəsidir.  Bunu Məşvərət Görüşünün 
iştirakçılarının çıxışlaından  aydın görə bilərik. Məsələn,  Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev çıxışında xüsusilə vurğuladı ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının 5-
ci Məşvərət Görüşündə iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın
hərtərəfli möhkəmləndirmək üçün səmimi istəyindən xəbər verir. Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev isə  bildirdi ki, dövlətimizin başçısının bugünkü tədbirdə iştirakı Mərkəzi Asiya ölkələri ilə
Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsinin təsdiqidir.
Azərbaycanın həyat keçirdiyi siyasətin real nəticəsi, onun təkcə Cənubi Qafqazda deyil, həm də
Mərkəzi Asiyada getdikcə artan rolunun etirafı idi. Xüsusi ilə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna
müharibəsinin böyük təsiri fonunda dünyada baş verən  mürəkkəb və dinamik  geosiyasi hadisələr 
beynəlxalq sistemdə dəyişiklik etməyə məcbur edir, təhlükəsizlik riskləri getdikcə ön plana çıxır və bu
dövlətlərarası münasibətlərdə siyasi əlaqələrin qarşılıqlı etimad çərçivəsində inkişaf etdirilməsini tələb
edir. Azərbaycan uzun müddətdir ki, özünü etibarlı tərəfdaş kimi, müstəqil xarici siyasət yürüdən
uğurlu, iqtisadi cəhətdən qüdrətli dövlət kimi təsdiqləmişdir. Məhz buna görə də həm Avropada, həm
də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var. Bu mənada birləşdirici halqa kimi
Azərbaycanın  böyük rolu vardır. Həmçinin, Prezident İlham Əliyev artıq bir sıra irimiqyaslı
layihələrin təşəbbüskarı və icraçısı olan qlobal siyasi xadimdir ki, onların bəhrəsini həm ölkəmiz, həm
də bu layihələrə qoşulan bütün dövlətlər görür.  Elə Tacikistanın paytaxtında keçirilən görüşlərin
gündəliyinə siyasi qarşılıqlı fəaliyyətin gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi,
humanitar əlaqələrin dərinləşdirilməsi, regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə
cavab verilməsi məqsədilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, regional və beynəlxalq
problemlər daxil edilmiş və  bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Göründüyü kimi, son
dərəcə vacib məsələlər müzakirə olundu. Beşinci Yubiley Məşvərət Görüşünün yekunlarına əsasən bir
sıra mühüm sənədlərin qəbul ediləcəyi gözlənilir ki, bunlardan da başlıcası Mərkəzi Asiya dövlət
başçılarının Birgə Bəyanatı olacaqdır. Və bu baxımdan Azərbaycan Prezidentinin regiondan kənarda
sammitdə iştirak edən ilk dövlət başçısı olması əlamətdardır.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru

 


22:20 18.09.2023