

Babək rayon icra başçısının müavini işdən azad olunub.
Kanal24 APA-ya istinadən xəbərinə görə, bununla bağlı Babək Rayon İcra hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb. İcra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.