isaznow.com
Az Iw En Ru

“Grandmart”, “Bolmart” və “Bizim market”in sahibi yeni marketlər şəbəkəsi açır?

Azərbaycanda qida sektorunda fəaliyyət göstərən “Avrora” şirkətlər qrupuna bağlı olan “Tam Store” MMC adlı yeni şirkət dövlət qeydiyyatına alınıb.
Ekonominfo.az xəbər verir ki, nizamnamə kapitalı 100 manat olan“Tam Store” MMC-nin qanuni təmsilçisi Yusubov Ceyhun Lətif oğludur.
Ceyun Yusubov hazırda “Avrora” şirkətlər qrupunda icraçı direktor vəzifəsini icra edir.
Məlumat üçün bildirək ki, 1993-cü ildən fəaliyyət göstərn “Avrora” şirkətlər qrupu bir çox məşhur qida brendinin Azərbaycanda distribüteridir. Bundan başqa “Avrora” şirkəti qida məhsullarının istehsalı ilə də məşğul olur.
“Grandmart”, “Bolmart”, “Bizim market” kimi supermarketlər şəbəkəsi “Avrora” şirkətlər qrupuna bağlıdır.
“Tam Store” MMC-nin ölkədə “Tam Store” adı ilə yeni supermarketlər şəbəkəsi kimi fəaliyyətə başlayacağı gözlənilir. 3 böyük supermarketlər şəbəkəsindən sonra 4-cü supermarketlər şəbəkəsinin hansı səbəbdən açıldığına aydınlıq gətirmək üçün “Avrora” şirkətlər qrupuna sorğu ünvanlasaq da suallarımıza cavab ala bilmədik. 


19:44 11.09.2023