

Bərdə rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı, onların müraciətinə daha həssas yanaşılması, problemlərinin həlli istiqamətində görülən işlər rayon İcra Hakimiyyətinin və əlaqədar təşkilatların fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bərdə rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin böyük məsləhətçisi Ziya İsmayılzadə bildirir ki,xüsusilə şəhid ailələrinə daha həssas yanaşılır. Onlarla İcra Hakimiyyətində və yerlərdə keçirilən qəbul və görüşlərdən başqa həm də ayrı-ayrılıqda şəhid ailələrinə baş çəkilir, onların problemləri və qayğıları yerində öyrənilir və qaldırılan məsələlərin həlli istiqamətində konkret işlər görülür.
Sizə qürur yaraşır,şəhid anası. Xəbər Mövqeyi.az olaraq şəhid anasının bu açıqlamasından sonra Bərdə rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin böyük məsləhətçisi Ziya İsmayılzadə ilə əlaqə saxladıq.Böyük məsləhətçi Ziya İsmayılzadə bildirdi ki,T.R Qarayevanın ailəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhidin dəfn mərasiminin təşkil olunmasıüçün 3,000 manat,Dövlət Söğorta Kommersiya Şirkəti tərəfindən 11,000 manat sığorta pulu ödənilmişdir.”Yaşat”Fondu tərəfindən ailənin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 08 oktyabr 2021-ci il tarixdə şəhidin atası Qarayev Elman Qəzənfər oğluna fərdi yaşayış evinin təmiri məqsədi ilə 5,000 manat,27 dekabr 2021 –ci il tarixdə Qarayeva Təzəgül Rəcəb qızına məişət avadanlıqlarının alınması üçün 2,500 manat maddi vəsait verilmişdir.Qarabağ Regional Məşğulluq Filialı tərəfindən ona 30 sentyabr 2021-ci il tarixdə iki baş iribuynuzlu mal-qara və 400 kq yem tədarükü verilərək məşğulluğu təmin edilmişdir.Müraciət müəllifinin digər övladı Qarayev Əli Elman oğlu bizim təşəbbüsümüzlə 2021-ci ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xətti ilə rayon Mərkəzi Xəstəxanasında mühafizəçi vəzifəsinə qəbul edlmişdir.
Milli məclisin üzvüləri Zahid Oruc və Fatma Yıldırım şəhidin ailəsini ziyarət edərkən onlara ayrılıqda 300 manat 600 manat maddi yardım vermişlər.
Rayon İcra Hakimiyyəti tərəfindən T.R.Qarayeva daima diqqət mərkəzində saxlanılırvə ona aşağıdakı köməkliklər edilmişdir:
-Fərdi yaşayış evinə gedən yolun və həyətinin 40 ton asfalt-beton örtüyü üzlənməsi təmin edilmişdir,
-2021-ci il tarixdə 700,0 manat,2022-cil taricdə 1150,0 manat,2023-cü il tarixdə 300,0 manat birdəfəlik yardım ödənilmişdir.
-Ailəyə soyuducu,paltaryuyan ,çarpayı,maşın və sərinkeş kimi ev və məişət əşyaları verilmişdir,
-2022-ci il tarixdə icra hakimiyyətinin təşəbbüsü ilə şəhidin adına xatirə-bulaq abidə kompleksi tikilmiş,bulağa içməli su xəttinin çəkilməsi,su çəninin və su borusunun alınması üçün əlavə olaraq 900 manat maddi vəsait verilmişdir,
-Şəhidin 1,3,7,40 və il yas mərasimləri təşkil olunmuş,mərasimlərin keçirilməsi üçün ərzaq yardım olunmuşdur,
-T.R.Qarayeva 19 dəfə İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada qəbul olunmuş,axırıncı qəbulda ona 600 manat birdəfəlik maddi yardım ödənilmişdir,
-Əlamətdar günlərdə rayon İcra Hakimiyyəti və ayrı-ayrı orqanlar tərəfindən ailəyə təyin edilmiş bayram sovqatlarınümayəndəlik tərəfindən aidiyyəti üzrə ailəyə çatdırılır,
-İcra Hakimiyyətinin başçısı və Rayon Polis Şöbəsinin rəisi tərəfindən evi ziyarət olunan zaman evinin təmiri üçün hər iki qurum birlikdə ona 5000 manat birdəfəlik maddi yardım vermişlər.
-T.R. Qarayeva 15 fevral 2021-ci il tarixdə,13 nömrəli sərəncamla tərəfimizdən mənzil növbəsinə alınmış,müvafiq sənədləri elektron “Mənzil”altsisteminə yerləşdirilmişdir.Növbəyə alınması barəsaində ona rəsmi məktub göndərilmişdir. Eyni zamanda Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional Filialı tərəfindən vətəndaşın fərdi yaşayış evində xidmət monitorinq keçirilmiş,cari ilin sonunadək yeni fəırdi yaşayış evinin tikilərək istifadəsinə verilməsi ona bildirilmişdir.