

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli
sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı" üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə
tutulub. Bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və
yenə də cənnət məkana çevriləcəkdir.
Bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş
ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə
çevirilməsinə hədəflənmişdir. Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri
Günü" bayram tədbirində çıxışı zamanı deyib: "Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir
neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək
qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət
edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi
cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular.
Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da
hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim
yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni
dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi".
Dövlətimizin başçısı "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı onu da bildirib ki,
İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın
şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi: "Ona görə ki, keçmiş Laçın
dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm
də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən
axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar.
Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci
qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü
başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna
qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm
kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir".
Bəli, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın yeni inkişaf mərhələsinə
qədəm qoyur, sakinlərini öz ata-baba yurdlarında xoş və firavan həyat gözləyir. Laçın ərazisində
tikilməkdə olan beynəlxalq hava limanı xüsusilə böyük əhəmiyyət daşıyır. Cənab Prezident, həmçinin
laçınlılara xoş müjdə də verdi. Belə ki, minlərlə insan bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq.
Bu, onu göstərir ki, laçınlıların öz yurdlarında xoşbəxt həyatı o qədər də uzaqda deyil.
Ən əsası isə yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına, heç bir beynəlxalq
təşkilatın və ya dövlətin köməyi olmadan yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili
imkanları hesabına, öz gücü ilə hər şeyi edir. Onun sözlərinə görə, həyata keçirilən yenidənqurma və
bərpa işlərini Azərbaycan özü təkbaşına yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili
imkanları hesabına, öz gücü ilə hər şeyi edir. Bütün bu görülən işlər onu deməyə əsas verir ki,
xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız daha yenidən
dirçələcək! .Və ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, "2023-cü il
Heydər Əliyev ili" də Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Növbəti il üçün əsas
maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini,
Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru