isaznow.com
Az Iw En Ru

26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür

26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Belə ki, Laçın şəhəri günü
Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində
təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın
şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev
azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter səhifəsində (indiki "X" sosial
şəbəkəsi) elan edib.
Dövlət başçısının ötən ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz –
Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus
kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq bir
ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.
Avqustun 26-da Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram
tədbirində çıxışı zamanı söyləyib ki, istər bu gün, istərsə də 44 gün davm edən müharibədə sübut
etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim
iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq
irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".
Bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan
döndərə bilməyəcəyini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Haqq-ədalət bizim tərəfimizdədir,
beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş
meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də
Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".
Bəli, bu qələbə, bu uğur güclü ordumuzun və mərd və əyilməz xalqımızın birliyi, gücü
nəticəsində əldə olunub. Çünki Azərbaycan xalqı Liderinə inanır və 30 il davam edən torpaq həsrətinə
məhz xalqımızın inandığı Qaolib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev "Dəmir Yumruq"
siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin igidliyi ilə düz 44 gündə son qoydu.
Çünki Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi özü bilir və yüksək tribunalardan,
müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, nəyi, nə vaxt və necə etməyi özü bili: "Mən
nəyi, nə vaxt və necə etməyi özüm bilirəm".
Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük
əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl
edib, bu sözünə də əməl edəcəkdir. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu
işğaldan azad etdi. Beləliklə, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-
diplomatik müstəvidə qələbəsidir.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


03:30 30.08.2023