

Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını
həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr dezinformasiya yaymaqla
məşğuldurlar.
Onların iddialarına görə, guya biz Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirir və Qarabağ
bölgəsində humanitar böhran yaradırıq. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə
müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə
fərqli don geyindirməyə çalışır.
“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını ölkəmizin suveren hüquqları
çərçivəsində atılmış legitim addım olduğunu qeyd edib: “Laçın Azərbaycanın ərazisi olduğundan
burada həyata keçirilən tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna
olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli
təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik
təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn
norma və prinsiplərinə tam uyğundur".
"Laçın" dövlət sərhəd-buraxılış məntəqəsi strateji əhəmiyyətə malikdir. Bu məntəqənin
yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin
çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. "Təsadüfi
deyil ki, Prezident İlham Əliyevin cari ilin may ayında ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon
danışığı zamanı bildirdi ki, “Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət buraxılış məntəqəsinin
qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq
təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq
bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Dövlətimizin başçısı Qarabağ bölgəsində yaşayan
erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq
sənədlər çərçivəsində təmin olunacağını da ABŞ rəsmisinin diqqətinə çatdırdı.
“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə
edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi