isaznow.com
Az Iw En Ru

Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyidir

2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın
suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük
Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-
Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu
hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz
beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və
qoruyacağıq”.
Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə
yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı
suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.  Laçın ölkəmizin ərazisində olduğundan burada həyata
keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq
ölkəmizin daxili işidir.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin
yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin
çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların
növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin
və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə
də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır,
ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır. 
Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təminatında mühüm rol oynayan məntəqə
həmçinin Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin
rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, eyni zamanda  ərazidən
təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.
Məntəqənin daha bir müsbət fəaliyyəti 30 il əvvəl azərbaycanlılara qarşı qanlı faciələrin
törədilməsində iştirak edən cinayətkarların saxlanılaraq ədalət məhkəməsinə təhvil verilməsi olmuşdur.
Xalqımıza qarşı cinayətlərdə iştirak edən, soyqırım hadisələrinin təşkilatçıları, birbaşa iştirakçıları,
onların siyasi ideoloqları öz cəzasıqlıqlarında arxayın idilər, özlərini qəhrəman kimi aparırdılar.
Beynəlxalq təşkilarların susqunluğu və onlara havadarlıq etməsi bu arxayınçılığı daha da artırırdı.
Lakin “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması bu məsələdə də müsbət nəticələr əldə edilməsinə
şərait yaratdı. Belə ki, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni
quldurlarının 25 nəfər azərbaycanlının öldürülməsinə, xeyli insanın yaralanmasına və azərbaycanlıların
deportasiya olunmasına səbəb olan  soyqırım hadisəsinin bilavasitə iştirakçısı olmuş Xaçaturyan Vaqif
Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan
qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu da onu bir daha göstərir ki, xalqımıza qarşı törədilən
heç bir cinayət cəzasız qalmayacaqdır. 
Bu məntəqənin yaradılması Ermənistan və onun havadarlarının böyük etirazları və beynəlxalq
səviyyədə müxtəlif təhdidləri ilə qarşılandı. Sevindirrici haldır ki, Azərbaycanın mövqeyi əksər ölkələr
tərəfindən dəstəkləndi və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edildi. 
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-
buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək,
Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Bu da ölkəmizin xarici siyasətinin növbəti uğuru oldu.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd İƏD üzrə nümayəndəsi


17:19 28.08.2023