

Bu ilin 23 aprelində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının
üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və
bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu gün Ermənistan bununla bağlı nə
qədər əndişələnsə də, reallıq budur və qarşı tərəf bununla barışmaq məcburiyyətindədir. Təbii ki,
Ermənistan adəti üzrə vay-şüvənlik edərək Azərbaycanı erməniləri blokadaya alması kimi sərsəm
fikirlər yürüdür və himayədarları da bu və ya digər şəkildə onların səsinə səs verir. Anlamırlar ki, bu
kimi görüntüləri ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edirlər ki, bu cəhdlər də artıq
öz effektini itirib. Beynəlxalq aləm də bilir və qəbul edir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin
yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Odur ki, Ermənistan və
himayədarları burunlarını daxili işlərimizdən çəksələr yaxşıdır”.
Azərbaycan öz sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı bütün gərəkən işləri
görür və dövlət təhlükəsizliyinin pozulmasına yönəlik bütün təhdidlərə cavab vermək əzmindədir.
Onun sözlərinə görə, Ermənistan və himayədarları daha çox Qarabağda qanunsuz yerləşdirdikləri
erməni silahlı birləşmələrinin ordumuz tərəfindən çıxarılmasından, eyni zamanda separatçıların
tərksilah olunmasından narahatdılar:
“Cənab Prezident İlham Əliyev özü də hər çıxışında vurğulayır ki, - “Azərbaycan-Ermənistan
sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları
çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin
məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş
həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının
Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin
olunacaqdır”. Ölkə başçımızın bu söylədikləri Ermənistanı qane etmirsə, bu artıq onların öz
problemidir. Azərbaycan öz siyasətini hansısa erməni rəhbərlərinin, hansısa erməniyönümlü
himayədarın maraqları çərçivəsində yürütmək fikrində deyil”.
Bu gün Azərbaycan elə bir uğurlara imza atır ki, artıq Ermənistan öz çirkin niyyətləri ilə onun
üzərinə kölgə sala bilməz.
Ağanəzər Gülməmmədov,
Sabirabad rayon Mənzil istismar sahəsinin rəisi