isaznow.com
Az Iw En Ru

Yevlaxda ETİRAZ:“Anar Tağıyev bizi rayondan didərgin salıb”

Şübhəsiz ki, dövlət üçün gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması
böyük önəm kəsb edir. Başqa sözlə, cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, inkişaf və inteqrasiya
məhz onlarla birgə addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir
cəmiyyət gənclərə qayğı göstərir. Bununla da, əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin
olunması istiqamətində mühüm addımlar atmış olur. Sözsüz ki, bu məlum həqiqəti Azərbaycanda
hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var
idisə o da dahi şəxsiyyət Heydər Əliyev idi.
Təkcə müstəqillik dönəmində deyil, hələ sovetlər tarixində belə Azərbaycan gəncliyinin uğurları,
nailiyyətləri yalnız və yalnız Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Ölkənin çətin
dönəmində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin gənclər siyasəti ilə bağlı
bir neçə fərman və sərəncamlar imzalaması da bu sahəyə verilən önəmdən irəli gəlirdi. Ötən əsrin 90-cı
illərin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə,
gənclərin qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Məhz bütün bunları
görən ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il
iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da
ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində
Azərbaycan Respublikası gənclərinin ilk Forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də I
Forumun ildönümü ərəfəsində gəncləri bir araya yığan Ümummilli Lider fevralın 2-ni ölkəmizdə
Gənclər Günü kimi elan etdi. Bu da Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir
nümunəsi oldu.
2020-ci il Azərbaycan tarixinə böyük Qələbə ili kimi düşdü. Ümummilli lider Heydər Əliyevin
müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri
bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirərək
böyük və tarixi Qələbəyə imza atdı. 44 gün sürən Zəfər yürüşü ərzində ölkəmiz döyüş meydanında hərb
tarixinə düşəcək böyük uğurlar əldə etdi və doğma yurd yerlərimizi düşmən işğalından azad etdi. Bu
Qələbənin əldə olunmasında gənclərin də xüsusi rolu var. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyev işğaldan azad olunmuş qədim Şuşa şəhərinə səfəri zamanı da qeyd etdi ki, “Mən çox
şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.
Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və
Azərbaycan tarixi ədaləti bərpa etdi.
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi qüvvə olan gənclər tarixi uğurlar
qazanmaqla öz ölkəsinin müstəqilliyinin qurulması və möhkəmləndirilməsi prosesində, dövlətçiliyin
inkişafında fəal iştirak ediblər. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin
təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin
inkişafı üçün səylə çalışacaq, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə
doğrulacaqlar.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, Vətən Müharibəsi veteranı


21:43 25.08.2023