

Azərbaycan və Özbəkistan xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən
mövcud olub. Eyni kökə malikik, ortaq tariximiz var, dini və mədəniyyəti bölüşən iki dost və qardaş
xalqlarıq və əlaqələrimizin tarixi qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət
müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və
uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Ötən 30 il ərzində iki qardaş ölkə
arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər
Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Hazırda
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və
Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal
əməkdaşlıq həyata keçirir: “Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə
bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat
şəbəkələrinə inteqrasiya olunub. Bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən
Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Sevindirici haldır ki, səfər
zamanı Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa
gəliblər. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün
reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan
çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair
Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də
digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və
xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Azərbaycanla Özbəkistan arasında əlaqələr bütün sahələrdə olduğu kimi, qanunverici orqanlar arasında
da uğurla davam etdirilir. Parlament nümayəndələri müntəzəm olaraq Özbəkistanda və Azərbaycanda
keçirilən prezident və parlament seçkilərində, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə beynəlxalq
müşahidəçi qismində iştirak edirlər. 1995-ci ildən iki ölkənin qanunvericilik orqanlarında
parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir”.
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri