isaznow.com
Az Iw En Ru

Diplomatik masada Azərbaycan haqlı tərəf olaraq qalib gəldi

Rəsmi İrəvan xasiyyətinə sadiqliyini nümayiş etdirərək iştirakçılara  saxta məlumat verməklə
Avropa İttifaqını və BMT Təhlükəsizlik Şurasını  oyuncaq quruma çevirmək planı bu dəfə də
uğursuzluqla nəticələndi. 
Ermənistan nümayəndələrinin ölkəmizə qarşı  səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirləri
iclas iştirakçıları tərəfindən yalnış  məlumat kimi yadda qaldı. 
Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində çıxış edən
Ermənistan nümayəndəsi  ölkəmizi humanitar fəlakət yaratmaqda və bunun fonunda  Xankəndidə guya
ərzaq böhranına görə  ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan məlumatları
ermənisayağı şəkildə xüsusi bir yazıqlıqla  vurğuladı . Hər kəsə məlumdur ki, Ermənistanın
nümayəndəsinin çıxışı tam böhtan və yalan üzərində qurulmuşdu. Belə ki, humanitar fəlakət təkcə
Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, Ermənistanın bütün yaşayış yerlərində
mövcuddur.
İşsizlik, əhalinin sosial durumunun acınacaqlı olması, ərzaq məhsullarının gündən-günə
bahalaşması, inflyasiyanın artması fəlakət sayılmalıdır ki, bu da hazırki Ermənistanda hökm sürür. 
Son vaxtların statistikası ondan xəbər verir ki, Ermənistanda  hökm sürən bu ağır vəziyyətə  dözüş
gətirə bilməyən vətəndaşlar  Ermənistanı kütləvi şəkildə tərk edir.
Xronologiyaya nəzər saldıqda ortada belə sual yaranır ki, bütün bunları yaranması səbəbi
Azərbaycandır?   Ermənistanın siyasi rəhbərliyi  bütün uğursuzluqların səbəbini  Azərbaycanda görür.
10 noyabr 2020-ci ildə imzalanmış məlum müqaviləyə əsasən bölgədə davamlı sülhün əldə
olunması istiqamətində Ermənistanın siyasi rəhbərliyi  tələb olunan şərtlərdən yayınaraq  müqavilə
şərtlərini pozmağa çalışır və bu da özünü açıq şəkildə göstərir. Bu baxımdan, BMT Təhlükəsizlik
Şurasının 16 avqust 2023- cü il tarixində keçirilmiş növbədənkənar iclasında Ermənistanın sülh
gündəliyinə sadiq olmaması müzakirələrdə daha qabarıq görünürdü.
Azərbaycanın diplomatik nümayəndəsi  tərəfindən  Ermənistanın  boş və mənasız tələblərinə
 tutarlı və dəqiq arqumentlərin gətirilməsi ermənilərin “humanitar böhran”, “blokada” altında növbəti
siyasi manipulyasiya cəhdini iflasa uğratdı. 
BMT Təhlükəsizlik Şurasında  ermənilərin dediyi kimi Laçın-Xankəndi yolunun
"bağlanmasından" sonra guya  Xankəndində yaranmış humanitar böhranın müzakirəsi  növbəti dəfə
Ermənistanın yalanlarını üzə çıxartdı və müzakirələr Azərbaycanın diplomatik  qələbəsi ilə başa çatdı. 
Bir sözlə, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də  diplomatik masada
Azərbaycan haqlı tərəf olaraq qalib gəldi. 
Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformsiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi


16:34 21.08.2023